Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bağlanan türk məktəblərini əvəz edən lisey

 

 

 Yeni açılmış məktəbdən reportaj

 

 

  Elşən Əliyev: “Şagirdlərə keyfiyyətli təhsil vermək üçün əlimizdən gələni edəcəyik”

 

 "Xeberinfo.com": Azərbaycanda fəaliyyəti dayandırılan türk liseylərində 2013-2014-cü tədris ilində 3730 şagird təhsil alıb. Bu liseylər bağlandıqdan sonra orada təhsil almış uşaqların və orada işləyən müəllimlərin taleyi ilə bağlı bir sıra suallar yaranıb. 
Azərbaycanda başqa liseylər də fəaliyyət göstərir və onlardan biri də yenicə açılmış “Kaspi” liseyidir. “Kaspi” liseyi türk liseylərində təhsili yarımçıq qalan şagirdləri qəbul edəcəyini, oranın müəllimlərini işə götürəcəyini bildirir. “Kaspi” təhsil şirkətinin təsis etdiyi bu  özəl orta məktəbdə illik təhsil haqqı 4500 manat təşkil edir. Gözəl, səliqəli binada yerləşən lisey dərs ilinə başlamağa demək olar ki, hazırdır. Burada şagirdlər 1-ci sinifdən başlayaraq, 11-ci sinfə qədər təhsil alırlar. Bundan başqa, liseydə  məktəbəqədər bölmə də fəaliyyət göstərir.  
Olduqca səliqəli görkəmi olan liseydə bizi qəbul şöbəsinin əməkdaşı Elşən Əliyev qarşıladı. E. Əliyev lisey haqda geniş məlumat verərək bildirdi ki, burada təhsil almaq istəyən şagirdlər 9-cu sinfə qədər qəbul olunur: “Bizim sistemdə şagird qəbulu 9-cu sinfə qədərdir. 10-cu sinifdən gələnləri qəbul etməyəcəyik. “Kaspi” liseyində illik təhsil haqqı 4500 manatdır. İllik təhsil haqqı doqquz ay ərzində ödənilə bilər. Bu məbləğə məktəbli forması, kitablar, günorta yeməyi, şagirdlərin məktəbə gətirilib-aparılması, dərsdən sonra müəllimlərin uşaqlarla məşğul olmasına aid xərclər daxildir.  Günorta şagirdlərə 4 çeşid yemək təklif ediləcək. Direktor başda olmaqla bizim əməkdaşlarımız hansı yeməyi yeyəcəksə, şagirdlərə də həmin yemək təklif olunacaq. Bizim prinsipimiz budur ki, şagird evə istirahət etmək üçün getməlidir.  Dərslə bağlı hər şey məktəbdə həll olunur. Səhər saat 9-da dərs başlayır, saat 17-18-də  qurtarır. Bizim liseydə günün birinci yarısında şagirdlərə dərs keçilir, ikinci yarısında isə məşğələlər olur. Həmçinin burada təhsil alan şagirdlər müxtəlif dərnəklərdən də istifadə edə bilərlər. Bizdə futbol, basketbol, şahmat və sairə kimi dərnəklər var. Şagirdlər bunlardan ikisini seçə bilər. Bunun üçün əlavə pul alınmayacaq”.
E.Əliyev “Kaspi”nin ilk dəfədir ki, məktəb layihəsinə başladığını və bunun uğurlu olacağına inandığını dedi: “Bizdə “Kaspi”nin hazırlıq kursları olub. Ancaq məktəb sektoruna ilk dəfədir giririk. “Kaspi” liseyinin şagird tutumu 800 nəfərdir. Bizim qəbul sayımız hələ planlaşdırılmayıb. Hələ ki, “Kaspi”nin bir məktəbi var, oda buradır. Fəaliyyətimiz uğurlu olsa, növbəti illərdə layihəni genişləndirəcəyik. Şagirdlərimizin savadlı və hazırlıqlı olacağına inanırıq. Şagirdləri qəbul edərkən onların bizim liseyin qaydalarına  uyğunlaşıb-uyğunlaşmayacağını öyrənəcəyik. Qəbul qaydalarına gəlincə, 1- 4-cü siniflərə müsabiqə yolu ilə qəbul edirik. Bu müsabiqədə uşaqlara hərflər və dünyagörüşü ilə bağlı suallar verilir. 5-ci sinifdən 9-cu sinfə qədər isə qəbul imtahanla olacaq. İmtahanlar riyaziyyat və Azərbaycan dilindən olacaq. Biz burada müəyyən bal həddi qoyacağıq. Məsələn kim ki, 50 faiz yaxşı göstərici göstərdi, o, artıq qəbul olunmuş sayılacaq. Bu lisey keçən ildən açılmalı idi. Ancaq elə oldu ki, bu ilə qaldı. Bizim məktəbin reklamları artıq 1 aya yaxındır ki, gedir. Buranı açmaq məsələsi gündəmə gələndə türk liseylərinin bağlanacağını bilmirdik”.
Türk liseylərində təhsili yarımçıq qalmış şagirdlərin və işsiz qalan müəllimlərin bu liseydə yer alıb-almayacağına gəlincə, E.Əliyev  şagirdlərin haradan gəldiyinin onlar üçün əhəmiyyət kəsb etmədiyini və kriteriyalara uyğun olan hər bir şagirdin liseyə qəbul ediləcəyini bildirdi: “Bizim üçün şagirdin əvvəllər harada oxumasının heç bir əhəmiyyəti yoxdur. Müəllim qəbulunda da şərtlərimiz var. İstər əvvəllər türk liseylərində çalışsın, istərsə də hər hansısa bir işsiz müəllim olsun, əgər şərtlərə cavab verəcəksə, işə qəbul ediləcək. Biz də müəllimlərin imtahanı 3 mərhələdə aparılır. Birinci mərhələdə fənn biliyi yoxlanılır. Sonrakı mərhələdə isə müəllimin pedaqoji fəaliyyəti yoxlanılır. Ola bilər ki, müəllim savadlı olsun, ancaq öz bildiyini uşağa çatdıra bilməsin. Üçüncü mərhələ isə söhbət mərhələsidir. Burada müəllimin həyata baxışlarına, mənəvi keyfiyyətlərinə fikir verilir. Bu mərhələlərdən keçən müəllim bizim liseydə işləyə bilər. Bizdə baza müəllim heyəti var. Ancaq başqa  müəllimlərə də ehtiyac olması mümkündür. Bizim  məktəbin bir özəlliyi də o olacaq ki, yuxarı siniflərdə ingilis dili müəllimi xarici vətəndaş olacaq. Yüksək bilik nümayiş etdirən şagirdlərə gələcəkdə təhsil haqqında güzəştlərin olması da mümkündür”.
Onu da qeyd edək ki, “Kaspi” liseyində Təhsil Nazirliyinin proqramına əsaslanan və beynəlxalq standartlara cavab verən xüsusi tədris proqramı olacaq.  Liseydə Azərbaycan və rus bölmələri fəaliyyət göstərəcək, tədrisin periodik olaraq ölçmə və qiymətləndirilməsi aparılacaq. E. Əliyev şagirdlərin keyfiyyətli təhsil almaları üçün əllərindən gələni edəcəklərini bildirdi. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam