Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türk liseyləri yeni adla fəaliyyətə başladı

 

Azərbaycanda bir müddət əvvəl fəaliyyətini dayandırmış türk liseyləri kimi tanınan və “Çağ Öyrətim İşlətmələri”nə daxil olan məktəblərin fəaliyyəti bərpa olunub. 

 

    "Xeberinfo.com": Məlumata görə, bu barədə Oxu.Az-a məlumat verən valideynlər bildiriblər ki, dünən axşam keçmiş Dədə Qorqud Özəl Türk liseyində Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə iclas keçirilib.

     Bildirilib ki, keçmiş türk liseylərinin fəaliyyəti bərpa olunacaq və bundan sonra bu məktəblər Zərifə Əliyeva adına liseylər kimi fəaliyyət göstərəcəklər.  

     “Çağ Öyrətim İşlətmələri”nə daxil olan keçmiş Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin müdir müavini Məhəmməd Hüseynov açıqlamasında yayılan məlumatları təsdiqləyib.

      “Bundan sonra tədris müəssisələri Zərifə Əliyeva adına liseylər kimi fəaliyyətini davam etdirəcək. Tədris sistemi Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsasnamələri əsasında həyata keçiriləcək. Məktəbdə çalışan müəllimlərin ştatında isə heç bir dəyişiklik yoxdur”.

     Qeyd edək ki, valideynlərin bildirdiyinə görə, nazirlik nümayəndələri sentyabrın 12-də onların bir daha iclasa dəvət olunacaqlarını bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam