Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Tələbələr ayağa qalxdı

 

             İmtahanların saxta keçirildiyinə görə şagirdlər etiraz etdilər

 

xeberinfo.com: Texniki Humanitar liseydə şagirdlərin aksiyası olub. Səbəb isə məktəbdə test imtahanlarının düzgün keçirilməməsidir. Məlumatlara görə, şagirdlərin kütləvi şəkildə etiraz edərək sinifləri tərk edib. Direktor isə bunun qarşısını ala bilmədiyinə görə həmin əraziyə polisləri cəlb edib.

Test imtahanlarına etiraz edən 10 və 11-ci sinif şagirdləri direktor Simuzər Əliyevanın işdən çıxarılmasını tələb ediblər. Şagirdləri sakitləşdirmək üçün hadisə yerinə polis əməkdaşları çağırılıb. Bundan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyinin əməkdaşları da məktəbə gəliblər. Bir neçə şagird saxlanılıb. Onların valideyləri də məktəbə dəvət edilib.

Faktı litseydən də təsdiqləyiblər. Litseydən şagirdlərin sakitləşdiyini, narahatçılıq üçün əsas olmadığını deyiblər.

AzNews.az-a açıqlama verən liseyin direktoru Simuzər Əliyeva bildirib ki, o, bu təhsil müəssisəsinin rəhbəri vəzifəsinə 3 ay əvvəl təyin edilib. Onun sözlərinə görə, aksiya keçirənlər liseydə normal tədris mühitinin yaradılması istiqamətində aparmaq istədikləri islahatların əleyhdarlarıdır: “Əvvəla deyim ki, məndən əvvəlki məktəb rəhbərliyi liseyə nəzərdə tutulduğundan həddindən çox şagird yığıb. Həmçinin, müəllimlərin dərs saatı şişirdilib. Əslində isə lisey 400 şagird yerlikdir. Lakin məndən əvvəlki rəhbərlik liseyə 1300-dən artıq şagird qəbul edib. Bundan başqa məktəbə səhhətlərində problemi olan uşaqların da qəbulu aparılıb”.

S.Əliyeva əlavə edib ki, şagirdlər və bəzi valideynlər aksiyanı keçirməklə, test-sınaq imtahanlarının təxirə salınmasını tələb ediblər: “Tədrisin inkişaf etdirmək məqsədilə ildə iki dəfə test imtahanlarının keçirilməsi qərarlaşdırmışıq. Amma bunlar istəmirlər. Maraqlıdır ki, bu işdə şagirdlərə bəzi sinif rəhbərləri, valideyinlər də dəstək verir. Bu gün liseyimizdə çox aşağı, hətta 2-3 qiyməti alan şagirdlər də təhsil alır. Bizim məqsədimiz isə liseyə savadlı, istedadlı gəncləri toplamaq, onların burada təhsil almalarını təmin etməkdir. Planlaşdırırıq ki, ümumi imtahanlarda yaxşı nəticə toplamayan şagirdləri yaxınlıqdakı məktəblərə köçürək”.

 

Lisey direktoru aksiyanın keçirilməsində əvvəlki rəhbərliyin rolunun olduğunu da istisna etməyib: “Amma ümid edirəm ki, bu belə deyil. Aksiya keçirilən zaman Bakı şəhər Təhsil İdarəsinin əməkdaşları da liseyə gəldilər və şagirdlərin narazılıqları dinlənildi”. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam