Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əli Həsənov “Araz” kurslarının bağlanmasından istifadə etdi

 

"Xeberinfo.com": “Araz” kursları və 11 lisey bağlanandan sonra Təhsil Nazirliyi yaranmış problem lə bağlı heç bir narahatçılığın olmaması barədə məlumat yaydılar. Təhsil ekspertləri isə bu fikirləri bölüşmürlər. Onların qənaətinə görə, “Araz” kursları və liseylərin bağlanması şagirdlərin universitetlərə hazırlaşmasına problemlər yaradacaq. Deyirlər ki, ölkədəki təhsil müəssisələri ali məktəblərə qəbul olunmaq üçün yüksək təhsil verə bilmir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hər il açıqladığı rəqəmlər də buna əyani sübutdur.

Təhsil ekspertlərinin fikrincə Rövnəq Abdullayevin Ərdoğan hökumətinə xoş görünmək üçün Fətullah gülənin Azərbaycanda fəaliyyət göstərən “Araz” kurslarının və liseylərinin qapadılması valideynlərin öz övladları üçün yeni alternativ məkanların axtarışa səbəb olacaq.

Artıq alternativ hazırlıq kursu işə başlayıb. Bakıda, eləcə də rayonlarda onlarla, yüzlərlə ahzırlıq kursları fəaliyyət göstərir. Ancaq bu kursların içində ən güclüsü Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovun kurasiyasında olduğu deyilən “Kaspi” kurslarıdır. “Araz” kursları və liseylər bağlanandan sonra Əli Həsənov hərəkətə keçib. Artıq “Kaspi”nin telekanallarda reklamı gedir. Qəzetimizə məlumat verən qaynaq onu da bildirdi ki, “Kaspi”nin ofislərinin sayının artırılması da yaxın günlərdə həyata keçiriləcək.

 

Xatırladaq ki, Azərbaycanda nurçu qalmaqalı start götürəndə onlara qarşı savaşda Əli Həsənovun kurasiyasında olduğu iddia edilən media orqanları daha çox fəallıq göstərirdilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam