Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Türkiyənin Suriya əməliyyatı Dəməşqlə razılaşdırılıb - ŞOK İDDİA

Türkiyənin Suriya əməliyyatı Dəməşqlə razılaşdırılıb - böyük iddia

 

 

Ərəb mətbuatının iddiasına görə Bağdadda yüksək səviyyəli görüş baş tutub, region ölkələri kürd faktoruna qarşı yaxınlaşırlar.
Xeberinfo.com:  Türkiyə Suriya ilə təhlükəsizlik müqaviləsi imzalamağa hazırlaşır. 
Bu iddia ilə Livanın “əs-Səfir” qəzeti çıxış edib. Qəzetdə yer alan məqalədə qeyd olunur ki, 1998-ci ildə imzalanmış Adana müqaviləsinin bənzəri olacaq təhlükəsizlik anlaşması şəklində olacaq müqavilənin ardınca iki ölkə arasında siyasi anlaşma imzalanacaq.
Müəllifin iddiasına görə, hələlik bu anlaşmanın detalları bəlli olmasa da, Ankara və Dəməşq arasında artıq ilkin bazarlıq faktları var. Belə ki, anlaşmaya əsasən Türkiyə Hələbdən çəkilir və oradakı əsas silahlı qruplara şimal yolunu bağlayır. Bunun qarşılığında isə Suriyanın şimalında. Türkiyə sərhədlərində kürdlərin vurması üçün əl-qolu açılır. Qısa şəkildə Suriya hakimiyyəti Hələbi, Türkiyə isə şimalda kürdlərin əlindəki əraziləri götürür. 
Çünki əməliyyatlar zamanı Türkiyə B.Əsəd hakimiyyəti deyil, PKK-nın müttəfiqi PYD-nin adını çəkir.
Картинки по запросу
Bundan başqa qəzetin iddialarına görə, artıq Türkiyə və Suriya təhlükəsizlik qüvvələri rəsmiləri arasında görüşlər başlayıb. Belə ki, Ankara Karkamış əməliyyatından bir həftə öncə əməliyyat barədə Dəməşqi məlumatlandırıb. Bu fakt hər iki hökumət rəsmiləri tərəfindən təsdiqlənib. O da bildirilir ki, ötən həftə Bağdadda iki ölkənin təhlükəsizlik rəsmiləri arasında toplantı olub, növbəti görüşlərin Dəməşq və Moskvada olması planlaşdırılır. Qəzetin iddiasına görə, Bağdadda keçirilən toplantıya Suriya xarici işlər naziri Vəlid Muallim, o cümlədən kəşfiyyat və ordu rəsmiləri, Türkiyə tərəfdən isə MİT rəhbəri Hakan Fidanın rəhbərlik etdiyi heyət qatılıb. Toplantıda əməliyyatlarda koordinasiya qurulması haqda razılaşma əldə olunub.
Картинки по запросу Dəməşq və Moskva
Qəzetin iddiasına görə, razılaşmaya əsasən suriyalılar kürd qüvvələrinin PKK-ya yardımı dayandırmasına, türklər isə Hələbdə Suriya ordusuna qarşı savaşan terrorçu qruplara yardımı dayandırmağa, terrorçuların siyahısını hazırlamağa razılaşdı. 
Qəzetin iddiasına görə, razılaşma əsasında Ankara Suriyada savaşan qruplar arasında radikal terrorçu qruplarla mülayim müxalif qrupları ayırmağa, birincilərə yardımı dayandırmaq, eyni zamanda sərhədləri nəzarətə götürəcək. 
Картинки по запросу Türkiyə və Suriya təhlükəsizlik qüvvələri rəsmiləri arasında görüşlər başlayıb.
Qeyd edək ki, bu məluat Türkiyənin Suriya ərazisinə ordu göndərməsi ilə eyni dövrə təsadüf edir. Hələlik bu yazının nə qədər əsaslı olub-olmadığını demək çətindir, ancaq bir fakt var ki, Türkiyə 5 ildən sonra ilk dəfə Suriya ərazisinə ordu göndərdi və Suriya ilə sərhəddə cəmləşmiş İŞİD, o cümlədən PYD silahlılarını sıxışdırır. Maraqlıdır ki, Ankara rəsmiləri də əməliyyatın olacağı ilə bağlı Suriya tərəfini məlumatlandırdıqlarını bildirir. Doğrudur, Dəməşq Suriyanın ərazi bütövlüyünə müdaxilə etdiyi üçün Türkiyədən BMT-yə şikayət edib. Ancaq fakt odur ki, bu günə qədər hələlik Türkiyə və Suriya orduları arasında hər hansı qarşıdurma olmayıb. 
Və maraqlı da olsa, indi Türkiyənin Suriyanın şimalında əməliyyatlarına ən çox etiraz edən ABŞ hökumətidir. 
Картинки по запросу Türkiyə suriyanın şimalında
Vaşinqton növbəti dəfə Ankaranı kürdlərlə qarşıdurmanı dayandırmağa çağırıb və atəşi dərhal dayandırmağı tələb edib. Türkiyə ordusunun cənuba doğru irəliləməsi kürdlərlə qarşıdurmanı qaçılmaz edir, üstəlik kürdlər də Menbic kimi Fəratın sol sahilində olan ərazilərdən çıxmaqda maraqlı deyillər. Bu isə qarşıdurmanı qaçılmaz edir. Hələlik kürdlərlə Türkiyənin dəstəklədiyi silahlı müxalif qruplar arasında toqquşma olub. Ancaq Türkiyə ordusunun irəliləməsi toqquşmanı labüd edəcək. Xüsusən də Menbici ələ keçirmək istəsələr Türkiyə ordusu ilə kürdlər arasında ciddi qarşıdurma qaçılmaz olacaq. 
Ankara isə açıq şəkildə bəyan edib ki, Suriya ərazisində ordunun uzun müddət saxlanılmasında maraqlı deyil. Ancaq sərhədlərin təhlükəsizliyinin təçmin olunması, PKK-nın tərəfdaşı olan kürd silahlı qüvvələrinin bölgədən uzaqlaşdırılmasına çalışacaq.
Mənzərədən belə görünür ki, Ankaranın rahat olması, Rusiya və İranın sakit qalması ortada hansısa razılaşmanın olması ilə bağlı şübhələrə səbəb olur. Təbii ki, bölgədə çox incə və həssas hərbi-siyasi durum olduğu üçün situasiyanın hər an dəyişməsi ehtimalı var. Əməliyyatın bir anda böyüyüb regional müharibəyə və geniş miqyaslı toqquşmalara çevrilməsi tamamilə mümkündür. Üstəlik tərəflərin birinin fərqli addımları bir anda situasiyanın köklü şəkildə dəyişməsi ilə nəticələnə bilər. 
Картинки по запросу Ankara
Lakin bugünkü durum onu deməyə əsas verir ki, Ankara Suriya ilə bağlı yeni siyasi planın içərisindədir və region dövlətlərinin ərazi bütövlüyünün – unitar dövlət quruluşunun qorunması şərtilə yeni bir siyasi anlaşmanın olmasında maraqlıdır. Bölgə ölkələrinin ərazi bütövlüyünü təhdid edən kürd faktorunun ortadan qaldırılmasında Əsəd və Ankaranın (o cümlədən Bağdad və Tehran – K.R) maraqları üst-üstə düşür. Çünki kürdlərin regional gücə çevrilməsi sonunda bu ölkələrin suverenliyini təhdid edəcək. Sonrakı mərhələdə isə Suriyada siyasi keçid məsələsi gündəmə gələcək ki, bu mövzuda planın detalları hələlik bəlli deyil. (Musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam