Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə torpağı işğal olundu

 

      Süleyman Şah Türbəsi ətrafında şiddətli qarşıdurmalar başlayıb

    "xeberinfo.com": Süleyman Şah Türbəsi ətrafında şiddətli qarşıdurmalar başlayıb. Məlumata görə, Əl-Qaidə əlaqəli İraq Dəməşq İslam Dövlətinin (İDİD) nəzarətində olan bölgə ərazisindən Türkiyə sərhədinə 35 km. məsafədəki Süleyman Şah Türbəsi ətrafında şiddətli qarşıdurmalar yaşandığı bildirilir.

      Kürd qrupları "Əl Ekrad" və "YPG"dən dəstək alan Azad Suriya Ordusunun əks hücum başlatdığı qarşıdurmalarda 35 İDİD döyüşçüsünün öldürüldüyü açıqlanıb.

     Suriya sərhədləri içərisində olan və 1921-ci ildə imzalanan Ankara müqaviləsi ilə Türkiyənin torpağı kimi qəbul edilən Süleyman Şah Türbesinin olduğu bölgə Azad Suriya Ordusu tərəfindən nəzarət edilirdi. Türbənin ətrafındakı strateji ərazi və körpü qarşıdurmalardan sonra İDİD-nin nəzarətinə keçib. İraq Dəməşq İslam Dövlətinin bölgədə yoxlama təmin etməsi türbədə və sərhəd xəttində Türk Silahlı Qüvvələrini hərəkətə keçirib. Əsgərə " Türbəyə yaxınlaşana vur" əmri verilərkən, türbəyə yaxın ərazilərdə şiddətli qarşıdurmaların yaşandığı qeyd edilib.

     Suriyanın "Anhə" agentliyi kürd şəhəri Kobanenin cənubundakı Şirin qəsəbəsində İDİD-ə qarşı Kürd ordusu YPG, "Əl Ekrad" və Azad Suriya Ordusunun ortaq əməliyyatlar həyata keçirdiyini bildirib. Məlumatlara görə qarşıdurmalar geniş bir ərazidə baş verib. Atışmalarla bağlı "YPG" silahlı qruplaşması tərəfindən şərh verilib:

"Əl Qaidəyə bağlı İraq Dəməşq İslam Dövləti silahlı qrupları Şirin qəsəbəsində olan buğda ambarlarına istiqamətli hücum təşkil edib. Ancaq "Əl Ekrat" cəbhəsi Suriya müxalifətinə bağlı "Liva Ehrar" və "YPG" birlikləri ərazini müdafiə edərək hücumlara cavab verib. Bu bölgədə sıx qarşıdurmalar yaşanıb. Yaşanan qarşıdurmalarda İDİD silahlı qruplarından 35 adam öldürülüb. "Əl Ekrat" cəbhəsi, "YPG" və "Liva Ehrar" birlikləri Kobanenin qapısı sayılan Şirin qəsəbəsini silahlı qruplara qarşı müvəffəqiyyətli bir şəkildə müdafiə edib".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam