Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

ABŞ-Türkiyə anlaşması əldə olundu

 

5v

İlkin mərhələdə Azad Suriya Ordusunun 2 min nəfərlik qrupu Kırşehirdəki jandarma düşərgəsində amerikalılardan təlim alacaq

   "Xeberinfo.com":Suriyanın dünyəvi müxalifətin əsas silahlı gücü olan Azad Suriya Ordusunun 2 min nəfərlik qrupu Türkiyədə təlim keçəcək. Bu barədə “Rusiyanın səsi” radiosu məlumat yayıb. Radionun xəbərinə görə, İŞİD və Suriya ordusuna qarşı savaşmaq üçün hazırlanan 2 min nəfərlik ASO qrupu Türkiyə və Amerika arasında razılaşmaya əsasən Kırşehir vilayətindəki jandramaya məxsus təlim mərkəzində təlim keçəcək.

Artıq bu istiqamətdə son toplantının baş tutduğu və layihənin detallarının razılaşdırıldığı qeyd olunur. Layihəyə əsasən ABŞ Kırşehirdəki jandarma təlim düşərgəsində hazırlanacaq ASO döyüşçülərinin silah-sursat və maliyyələşməsini öz üzərinə götürüb. Bundan başqa təlim prosesində amerikalı hərbi təlimatçılar da iştirak edəcək.

Qeyd edək ki, İŞİD və Suriya ordusuna qarşı savaşmaq üçün Azad Suriya Ordusunun təşkilatlanması ideyası Türkiyə hökumətinə məxsusdur. Kobanidəki kürdlərin PKK-ya bağlılığını əsas gətirərək onları silahlandırmaqdan imtina edən Ankara alternativ kimi Suriyanın dünyəvi müxalifətini silahlandırmağı təklif edib. Artıq bu istiqamətdə ilk addım atılıb və 150 nəfərlik ASO döyüşçü qrupu Kobaniyə göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam