Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Erməniləri vahiməyə salan silahların istehsalına başlanılır - VİDEO

Azərbaycan erməniləri vahiməyə salan silahların istehsalına başlayır - VİDEO

 

 

"Bütün artilleriya və tanklar üçün döyüş sursatları istehsal olunacaq".
Xeberinfo.com:   Bu fikirləri ANS-ə eksklüziv açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib. 
Onun sözlərinə görə, yaxın üç ay ərzində "Zərbə" adlı yeni nəsil PUA-nın sınaqlarına start veriləcək:"Azərbaycan artıq müxtəlif mənzilli raket texnologiyalarının istehsalına da başlayacaq. Bütün silah-sursatın istehsalı üçün ölkəmizdə zavodun açılması planlaşdırılır. Artıq biz iyun yaxud iyul ayının sonlarına həmin zavodun açılışını planlaşdırırıq. İyul ayının axırından sonra da Azərbaycan Silahlı Qüvvələrində olan bütün artilleriya və tanklar üçün döyüş sursatları istehsal olunacaq. 100, 122, 130, 152 və 155 millimetrlik bütün döyüş sursatları da ölkəmizdə istehsal ediləcək. Bu da bizim bütün silahlanmada olan altilleriya və tankların tam şəkildə döyüş sursatları ilə təminatına şərait yaradacaq".   
Yavər Camalov müxtəlif mənzilli raket texnologiyalarının da ölkəmizdə istehsalının planlaşdırıldığını qeyd edib. 
Nazir bildirib ki, qarşıya qoyulan əsas tapşırıqlardan biri müxtəlif mənzilli idarəolunan raketlərin texnologiyasının Azərbaycana gətirilməsi və onların burada istehsalıdır: "Yer-yer, hava-yer və hava-hava"... Bu istiqamətdə elmi tədqiqat instutu işləyir. Bundan başqa həmin texnologiyanın Azərbaycana gətirilməsi istiqamətində də bir sıra ölkələrlə danışıqlar gedir. Türkiyənin "Raketsan" şirkəti ilə bu istiqamətdə danışıqlar aparılır. Cənubi Afrikanın müvafiq şirkəti ilə də danışıqlar davam etdirilir. Bundan başqa Malaziyada yerləşən Braziliyaşirkətlərindən biri də razılıq verdi ki, onlar bu texnologiyanı Azərbaycana ötürməyə hazırdırlar".
 
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam