Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"“Zərbə” pilotsuz döyüş aparatları artıq hazırdır!"

Nazirlər Kabinetinin lin birinci yarısının yekunlarına həsr edilmiş iclasında müdafiə sənayesi naziri Yavər Camalov da çıxış edib.

Xeberinfo.com:  AzTV-yə istinadən xəbərə görə, nazir çıxışında Azərbaycan ordusunun aprel döyüşlərində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan bir çox silahlardan və döyüş sistemlərindən də uğurla istifadə etdiyini bildirib. Yavər Camalov deyib ki, bura tank əleyhinə qumbaraatanlar, müxtəlif çaplı minaatanlar, müxtəlif çaplı mərmilər, o cümlədən düşmən mövqelərinin yerini müyyənləşdirən pilotsuz uçan aparatlar daxildir.

Nazir çıxışında Müdafiə Sənayesi Nazirliyinin bir sıra yeni hərbi texnika və silahların istehsalına hazırlaşdığını da bildirib. Bura ilk milli zirehli döyüş texnikası da daxildir. Yavər Camalov Azərbaycanın müdafiə sənayesinin istehsalı olan ilk milli zirehli döyüş texnikasının bu ilin payızında Bakıda keçiriləcək sərgidə nümayiş etdiriləcəyini deyib.

Nazir bildirib ki, aprel döyüşlərindən sonra prezident “Zərbə” pilotsuz döyüş sistemlərinin istehsalının təşkil edilməsinə dair göstəriş verib. “Cənab prezident, sizin bu göstərişiniz artıq yerinə yetirilib və “Zərbə” pilotsuz döyüş sistemləri artıq hazırdır, sınaqlardan keçir, yaxın vaxtlarda ordunun sərəncamına veriləcək”-nazir deyib. Yavər Camalov əlavə edib ki, Azərbaycanın istehsalı olan “Zərbə” pilotsuz döyüş sistemləri düşmən hədəflərini havadan izləməklə yanaşı istənilən  vaxt ona dağıdıcı zərbə endirə biləcək və ermənilərin qorxulu röyasına çevriləcək.

Xatırladaq ki, Azərbaycan aprel döyüşlərində İsraildən alınan “Harop” pilotsuz döyüş sistemlərini tətbiq edib və bu silahın tətbiqi erməni ordusunda ciddi panika yaradıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam