Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

""Zərbə" adlı yeni nəsil PUA istehsal ediləcək"

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Trend-ə müsahibə verib.

Xeberinfo.com:    Toxunulan məsələlərin aktuallığını nəzərə alaraq həmin müsahibəni oxucularına təqdim edirik:

- Cənab nazir, Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yarandıqdan sonra qısa müddət ərzində yüksək nailiyyətlər əldə edilib. Gələcəkdə Azərbaycanın hərb sənayesinə daha hansı yeniliklərin gətirilməsi nəzərdə tutulur?

- Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi fəaliyyətinin ilk günündən etibarən üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirərək tabeli müəssisələrdə onlarla yeni istehsal sahəsinin yaradılmasına nail olub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

- Hərb sənayesinin inkişafı üçün azərbaycanlı kadr potensialı hansı səviyyədədir və yerli kadrların sayının artırılması istiqamətində hansı işlər görülür?

- Müdafiə Sənayesi Nazirliyi yarandığı gündən qarşısında duran prioritet məsələlərdən biri də sahənin ixtisaslı kadrlarlatəmin edilməsi olub. Artıq bu istiqamətdə də müəyyən nailiyyətlər əldə edilib. Belə ki, nazirliyin istəyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2011-ci ildə Azərbaycan Texniki Universitetində sahə üzrə yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə "xüsusi texnika və texnologiya fakultəsi" və müvafiq kafedralar yaradılıb. Hazırda qeyd olunan fakultədə 370 tələbə təhsil alır. Ümid edirik ki, bu günün tələbələri olan bu gənclər yaxın gələcəkdə yüksək ixtisaslı kadrlar kimi ölkəmizin müdafiə sənayesinin inkişafı istiqamətində öz bilik və bacarıqlarını tətbiq edəcəklər.

- Bu yaxınlarda Pakistana rəsmi səfər etmisiniz. Səfər çərçivəsində hərb sənayesinin təkmilləşdirilməsi ilə bağlı hansı məsələlər müzakirə edilib?

- Pakistana səfərim çərçivəsində müdafiə sənayesi federal naziri Rana Tanvir Hussain ilə görüşüm oldu. Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi.

- Artıq Azərbaycanda müasir standartlara uyğun hərbi texnikalar, müasir silahlar istehsal edilir. Müdafiə Sənayesi Nazirliyi Azərbaycanda daha hansı müasir silah və hərbi texnika istehsalını planlaşdırır?

- Bu gün müxtəlif növ atıcı və yaxınməsafəli döyüş vasitələri, artilleriya silahları, zirehli texnikalar, müxtəlif çaplı aviasiya bombaları, pilotsuz uçuş aparatları (PUA), atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, kiçik çaplı avtomatik tapançalar üçün döyüş sursatları, optik cihazlar və sair məmulatlar istehsal edən Müdafiə Sənayesi Nazirliyi yaxın gələcəkdə yeni nəsil "Zərbə" adlı pilotsuz uçuş aparatının seriyalı istehsalını həyata keçirəcək.

- Müdafiə Sənayesi Nazirliyi hansı ölkələrlə hərbi sənaye sahəsində əməkdaşlıq edir və yaxın gələcəkdə hansı ölkələrlə əməkdaşlıq nəzərdə tutulur?

- Müdafiə Sənayesi Nazirliyi hərbi sənayenin müxtəlif istiqamətləri üzrə əksər inkişaf etmiş ölkələrin qabaqcıl şirkət və firmaları ilə sıx əməkdaşlıq edir. Hazırda da mövcud əlaqələrin inkişaf etdirilməsi və yeni əlaqələrin yaradılması istiqamətində işlər davam etdirilir.

- Müdafiə Sənayesi Nazirliyinin ölkənin hərbi texnika və silah-sursat tələbatında payı neçə faizdir? Hazırda Azərbaycan neçə adda silah-sursat və hərbi texnika istehsal edir?

- Bu gün Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin atıcı silahlar, döyüş sursatları, snayper tüfəngləri, minaatanlar, qumbaraatanlar, hücum pulemyotu, pilotsuz uçuş aparatları, zirühli maşınlar və sair müdafiə təyinatlı məmulatlara olan tələbatını təmin edir. Hazırda nazirliyin tabeli müəssisələrində 1100 ada yaxın müdafiə təyinatlı məmulat istehsal olunur.

- Cənab nazir, Azərbaycan Müdafiə Sənayesi Nazirliyində idxal və ixrac nisbəti hansı səviyyədədir və hansı adda hərbi komplektlər üstünlük təşkil edir?

- Müdafiə Sənayesi Nazirliyi tərəfindən müdafiə təyinatlı məmulatların istehsalı üçün xammal, materiallar və dəstləşdiricilər idxal olunur. İstehsal olunan bir çx adda atıcı silahlar döyüş sursatlarının isə ixracı həyata keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam