Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Azərbaycan pilotsuz təyyarə satır

 

    “Hazırda Azərbaycan müdafiə sənayesi zavodlarında 51 istehsal sahəsi mövcuddur. Bu ilin sonuna qədər 5 yeni zavodun, 7 yeni istehsal sahəsinin istismara verilməsi gözlənilir”.

    "Xeberinfo.com": Məlumata görə, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov söyləyib. 

Y. Camalov deyib ki, bu zavodlarda əsasən 40-46 mm qumbaraatanların seriya istehsalı təşkil olunacaq. Eyni zamanda bu qumbaraatanlar üçün döyüş sursatı istehsal ediləcək: “Bu sırada M-6, M-12 partlayıcıları, U-25 döyüş sursatlarının istehsalı üçün zavodlar fəaliyyətə başlayacaq. Həmçinin 5,45 mm-dən tutmuş 30 mm-ə qədər bütün atıcı silahlar üçün seriya güllə istehsalına başlayacağıq. Bütün bunlar ordumuz üçün böyük əhəmiyyət kəsb edir”. 

Nazir qeyd edib ki, 2015-ci ilin birinci rübünün sonunda isə tank və artilleriya silahları üçün sursatların istehsalına başlanacaq: “Demək olar ki, ordumuzun artilleriya döyüş sursatlarına olan tələbatını tam ödəyəcəyik”. 

Y. Camalov bildirib ki, bu gün başlayan I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesində (ADEX) iştirak edən şirkətlərlə də danışıqlar aparılır: “Mənə elə gəlir ki, sərginin sonuna qədər həmin texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində razılıq əldə edəcəyik və həmin məhsulların növbəti illərdə Azərbaycanda istehsalı üçün istehsal sahələri yaradacağıq”.

Müdafiə sənayesi naziri nəzərə çatdırıb ki, hazırda nazirlik xarici ölkələrdə keçirilən tenderlərdə iştirak edir: “Biz Türkiyədə qumbaraatanların, bir neçə kalibr üzrə döyüş sursatları ilə əlaqədar tenderlərin qalibi olmuşuq. Bir neçə ölkədə minaatanlar üzrə tenderin də qalibiyik”. 

Y. Camalov qeyd edib ki, hazırda Azərbaycanda İsraillə birgə yaradılmış birgə müəssisədə pilotsuz uçuş aparatları istehsal olunur: “Bu il tək Azərbaycan ordusunu təmin etməklə yanaşı, NATO ölkələrindən birinə 100 ədəd pilotsuz təyyarə ixrac etməyi nəzərdə tuturuq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam