Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TƏHSİL SEKTORUNA NƏZARƏT UĞRUNDA MÜBARİZƏ YEKUNLAŞDI

369545_450039

Məlum olduğu kimi, Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərman təhsil müəssisələrinə tələbə qəbulunun beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını nəzərdə tutur.
Xeberinfo.com:  Belə ki,Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs Azərbaycanda dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılır.
Fərmanda müəyyən edilir ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır. Şura sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.
Dövlət İmtahan Mərkəzinin ilkin nizamnamə fondu bir milyon manat olmaqla dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

trend_mikayil_cabbarov_281114Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.

Azərbaycanda ali və orta ixtisas məktəblərinə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını yeni yaradılan Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edəcək.
Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin nizamnaməsində qeyd ediləcək.
Nizamnamədə qeyd edilir ki, Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edəcək.
Mərkəz ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirəcək.
Mərkəz həm də yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirəcək, imtahan fənləri üzrə qəbul proqramlarını hazırlayacaq və Təhsil Nazirliyi ilə razılaşdırmaqla təsdiq edəcək.
Dövlət İmtahan Mərkəzi təhsil müəssisələrinin qəbul göstəricilərini və ixtisasları elan edir, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında qərarlar qəbul edir, sənədlərin qəbulunu təşkil edir.
Mərkəz tələbə qəbulu kampaniyası ilə bağlı bütün təşkilati və metodik işləri aparır, proqram və texniki təminatı layihələndirir və tətbiq edir, bu məqsədlə müxtəlif daimi və müvəqqəti qurumlar yaradacaq, abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirəcək. Dövlət İmtahan Mərkəzi həm də ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodik monitorinqini həyata keçirəcək.
Mərkəzin hüquqlarından biri dövlət orqanlarından vakant olan dövlət qulluğu vəzifələrinin siyahılarını tələb etmək olacaq.
Mərkəzi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurası idarə edəcək. Şuranın səlahiyyətlərinə bir çox məsələlər yanaşı, dövlət qulluğu üçün kadrların seçilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi sahəsində qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təşəbbüslər irəli sürmək də daxildir.

Qeyd olunanları təhsil sektoruna nəzarət uğrunda mübarizənin məntiqi sonluğu kimi də qəbul etmək olar. Uzun illər idi ki, Təhsil Nazirliyi ilə TQDK arasında “soyuq müharibə” hökm sürürdü. Bunun başlıca səbəblərindən biri də, bu 2 quruma nəzarəti hakimiyyət daxilindəki müxtəlif qruplaşmaların həyata keçirməsi idi.
скачанные файлыBelə ki, siyasi kluarlarda dolaşan söhbətlərdən TQDK-nın “Naxçıvan” klanının, Təhsil Nazirliyinin isə “Bakı” klanını nəzarətində olduğu məlumdu.
Məhz bu səbəbdən də bu 2 qurumun rəhbərləri arasında daim qarşılıqlı ittihamlar müşahidə olunurdu.  Bəziləri bunu sabiq nazir Mİsir Mərdanovula Məleykə Abbaszadə arasında münasibətlərlə bağlasalar da, onun vəzifədən azad olunmasına baxmayaraq Təhsil Nazirliyi ilə TQDK arasındakı “soyuq müharibə”yə son qoyulmadı.

Düzdür, yeni nazir Mikayıl Cabbarov bu münaqişəni ustalıqla gizlədə bildi, açıq xarakter almasına imkan vermədi.  Hər halda Mikayıl Cabbarov nazir təyin olunandan sonra, əvvəlki dövrlərdən fərqli olaraq, Təhsil Nazirliyi ilə TQDK arasındakı ziidiyətlərin böyük hissəsi bu qurumların divarları arasında qaldı. Burda Təhsil Nazirliyinin yeni mətbuat katibinin də rolunu vurğulamaq yerinə düşərdi…

Ancaq münaqişə predmetinin qalması bu qurumlar arasında ziddiyyətləri dərinləşdirirdi ki, bu da istər-istəməz Təhsil Nazirliyi ilə TQDK arasında yeni “savaşın” başlanmasını zəruri edirdi. Və artıq bunun işartıları özünü biruzə verirdi. Heç şübhəsiz ki, qəbul imtahanlarından sonra bu münaqişə daha da genişlənəcək və qarşılıqlı ittihamlarla müşahidə olunacaqdı…

скачанные файлы (1)Məhz belə bir vaxtda prezidentin TQDK-nı ləğv etməsinin, əvəzində Təhsil Nazirliyinə bağlı Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılmasının həm də təhsil sektoruna nəzarət uğrunda mübarizəyə son qoymaq mahiyyəti daşıdığı şübhə doğurmur. Prezidentin bu baxımdan ən optimal yolu seçdiyini, kiminsə narazılıq etməsinə hər hansı obyektiv səbəb buraxılmadığını da söyləmək olar.
Baxmayaraq ki, bu təhsil sektoruna nəzarət uğrunda mübarizədən “Bakı” qruplaşmasının qalib çıxması sonucunu dəyişmir.

 

Azpolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam