Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

170 min dollar rüşvət verən şəxsin adı açıqlandı

rusvet

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) qurumun sabiq Aparat rəhbəri Səfər İmanovun dələduzluq əməlləri barədə məlumat yayıb.

Xeberinfo.com:  Komitənin məlumatına görə, indiyədək qurum dələduzluq və korrupsiya ilə bağlı bir çox faktlarla da rastlaşıb.

Komitə daha sonra aşağıdakıları bildirib:

“Təkcə keçən il ərzində 27 nəfər dələduzluq, 11 nəfər pulunun aldadılaraq əlindən alınması şikayəti ilə bağlı müraciət edib. Bu kimi hadisələrdən heç kimin yaxınları və qohumları, bir sözlə, heç kəs sığortalanmayıb.

Bir daha qeyd edirik ki, Dövlət Komitəsinin keçmiş əməkdaşı Səfər İmanov 2015-ci il 1 noyabr tarixindən fəaliyyətini dayandırıb. Fəaliyət göstərdiyi müddət ərzində onunla bağlı inzibati pozuntular baş verib və iki dəfə töhmət alıb. İşdən azad olunma səbələrdən biri də ondan ibarət olub ki, Dövlət Komitəsinin bir neçə əməkdaşından öz problemlərinin həlli məqsədilə pul vəsaiti istəyib. Nəzərə çatdırmaq lazımdır ki, Səfər İmanov anası və digər ailə üzvlərinin səhhətindəki problemlərlə bağlı dəfərlərlə Komitənin rəhbərliyinə müraciət edib. Eyni zamanda 4 uşaq atasıdır. Onun işdən çıxarılmasının təxirə salınması da elə məhz bu kimi səbəblərdən, eləcə də humanistlik nöqteyi-nəzərdən gecikdirilirdi. İş prosesində yol verdiyi sonuncu qeyd edilən pozuntuları və nöqsanları da fəaliyyətinin dayandırılmasına əsas olub.

Qeyd etməliyik ki, sabiq Aparat rəhbəri Səfər İmanov Komitədə işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs Komitəyə müraciət edib. Həmin vətəndaşın dediyinə görə, o, 4 il əvvəl Səfər İmanova  pul vəsaiti təqdim edib. Eyni zamanda rəqəmlər şəxs tərəfindən dəyişdirilərək hər dəfə fərqli ifadə edilib. Və bu 4 il müddətində həmin şəxs Səfər İmanovla yaxın əlaqədə olub. Burdan sual ortaya çıxır ki, niyə bu 4 il ərzində həmin vətəndaş tərəfindən rəsmi şəkildə Komitəyə və digər hüquq-mühafizə orqanlarına müraciətlər edilməyib?! Biz məsuliyyətlə qeyd edirik ki, həmin şəxslə Komitə sədri xanım Hicran Hüseynovanın işlə təmin edilməsi və hər hansı pul vəsaitinin verilməsi ilə bağlı heç bir əlaqəsi və danışıqlıqlar olmayıb. Qeyd etmək istərdik ki, Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova kimisə vəzifəyə təyin etmək üçün inzibati və rəsmi səlahiyyətlərə malik deyil. Onu da əlavə edək ki, bir sıra kütləvi informasiya vasitələrində Səfər İmanovun xanım Hicran Hüseynovanın dayısı oğlu olması ilə bağlı məlumatlar yer alıb. Və biz bunu təkzib edərək nəzərinizə çatdırmaq istərdik ki, bu məlumat yanlışdır.

Digər məqam isə ondan ibarətdir ki, 5 fevral 2016-cı il tarixində bu məsələlərin araşdırılması üçün Dövlət Komitəsi rəsmi şəkildə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edib. Məsələnin öz həllini tapması üçün  araşdırmaların nəticəsi gözlənilir. Təəccübedici məqamdır ki, bizim müraciətdən sonra həmin vətəndaş vəkili ilə birgə hüquq-mühafizə orqanları ilə əlaqədən qaçır. Hesab edirik ki, Vəkillər Kollegiyası və müvafiq təşkilatlar bu şəxsin vəkillik etikasına və vəkillik fəaliyyətindəki peşəkarlıq meyarlarına diqqət yetirəcəklər. Çünki bu, vəkillik etikasının pozulmasının və qeyri-peşəkar fəaliyyətin bariz nümunəsidir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Yəni cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta vetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

Bir daha nəzərinizə çatdırırıq ki, hazırda araşdırmalar davam edir. Biz əminliklə bildiririk ki, Komitə və onun sədri ünvanına deyilən ittihamlar bir böhtandır, Səfər İmanovla həmin şəxsin arasında olan məsələlər isə istintaqdan sonra bəlli olacaq. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini  ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma böhtandır.

İcra baçşısının müavini təyin edilməklə bağlı Hicran Hüseynovanın əlaqəsinin olması haqqında mətbuatda yer alan məlumatlar Dövlət Komitəsi tərəfindən şər və böhtan kimi qiymətləndirilir”.

(modern.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam