Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

170 minlik qalmaqalla bağlı yeni faktlar

pul-qalmaqal2016-cı ilin fevralında böyük səs-küyə səbəb olan170 min manatlıq məhkəmə qalmaqalı daha da böyüyür.

Xeberinfo.com:  Binəqədi rayonu icra başçısının müavini postuna yiyələnmək üçün Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq Aparat rəhbəri Səfər İmanova 170 min manat rüşvət verən Eynur Kərimov Modern.az saytına növbəti həftə ərzində yeni faktlar açıqlayacağını bildirib:

“Əlimdə qarşı tərəfin günahlarını sübut edəcək kifayət qədər sənədlər, video və audio materiallar var. Növbəti həftə ərzində mərhələli şəkildə hamısını ictimailəşdirəcəyik”.

Hazırda cinayət işi ilə bağlı istintaqın davam etdiyini deyən E.Kərimov Səfər İmanovun Azərbaycana gətirilməsi üçün rəsmi qurumların hansı işlər gördüyü barədə məlumatsızdır:

“Yəqin ki, axtarışa verilməsi, ölkəyə gətirilməsi təmin olunacaq”.

E.Kərimov həmçinin bildirib ki, onun Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə hər hansı görüşü və danışığı olmayıb.

Qeyd edək ki, zərərçəkən E.Kərimov 170 min manatı Səfər İmanov vasitəsilə Komitə sədri Hicran Hüseynovaya verdiyini bildirib və bunu sübut edəcək qəzbi də bir müddət əvvəl ictimailəşdirib.

H.Hüseynova ona qarşı qaldırılan iddiaları qəbul etmir. O, S.İmanovun hadisədən xeyli əvvəl vəzifəsindən azad edildiyini bildirib. Hadisələrdən sonra xaricə qaçan S.İmanov “qara işi” Hicran Hüseynovanın göstərişilə gördüyünü iddia edir.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırma zamanı sabiq Aparat rəhbəri Səfər İmanovun 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş Eynur Kərimovu məsul vəzifəyə təyin etdirəcəyi vədi ilə aldadaraq 170 min ABŞ dolları məbləğində pulunu ələ keçirdiyi müəyyən olunub.

Fakta görə Cinayət Məcəlləsinin178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam