Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

170 min dollarlıq qalmaqalla bağlı yeni məlumatlar

korrupsiyaZərərçəkən Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində şikayəti barədə izahat verdi

Xeberinfo.com:  Vəkil Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iddialarını əsassız adlandırdı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş aparat rəhbəri Səfər Imanovu 170 minlik dələduzluqda ittiham edən şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində şikayəti barədə izahat verib. Bu barədə Lent.az-a vəkil Adəm Məmmədov məlumat verib. O bildirib ki, müdafiə etdiyi şəxslə birlikdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində olublar və şikayətlərini ifadə ediblər.

  1. Məmmədov “Azadlıq”a açıqlamasında isə bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin onun və müvəkkilinin ifadə verməkdən yayındığı barədə iddialar əsassızdır: “Bizim Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsində olmağımız, müvəkkilimin orada baş verənlər barədə geniş izahat verməsi də göstərir ki, komitə qərəzli mövqe nümayiş etdirir”.

Vəkil məsələ ictimailəşəndən sonra onun və müvəkkilinin komitəyə çağırılıb-çağırılmaması barədə məsələyə də toxunub: “Komitə israrla bildirir ki, guya mən orda olmuşam. Lakin mən bu məsələ ilə bağlı komitədə olmamışam. Komitənin bu cür açıqlamasından sonra isə dəvət etsələr də, getmərəm. Çünki belə yalan açıqlama yayan bir qurum ora gedərəmsə, başqa böhtan xarakterli iddialar da səsləndirə bilər”.

Xatırladaq ki, S. Imanov vətəndaşı icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dolları almaqda ittiham olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsindən APA-ya bildirilib ki, Komitənin sabiq Aparat rəhbəri S. Imanovun rüşvətxorluq və insanları aldatmaq ilə bağlı əməlləri barədə vətəndaşlar tərəfindən müraciətlər daxil olub.

Məlumatda bildirilib ki, 5 fevral 2016-cı il tarixində bu məsələlərin araşdırılması üçün Dövlət Komitəsi rəsmi şəkildə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə müraciət edib.

  1. Imanov bu il yanvarın 31-də Bakı-Istanbul reysi ilə ölkəni tərk edib. Ölkədən qaçmazdan əvvəl isə Azərbaycanda olan bütün mülklərini satıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam