Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

İranın xarici işlər naziri Trampı danışıqlara çağırdı:Biz hazırıq!

İranın xarici işlər naziri Trampı danışıqlara çağırdı:

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ı danışıqlara çağırıb.

Yenieber.org: Nazir Fox News kanalına müsahibəsində deyib: “İran danışıqlara, diplomatiyaya hazır olduğunu göstərib".

"Müharibə və diplomatiya arasında diplomatiya ən yaxşı yoldur. ABŞ ilə müsbət təcrübəmiz olmasa da, diplomatiya yenə də müharibədən daha yaxşıdır", - deyə nazir qeyd edib.

O, ABŞ prezidentini iyun ayında İranın nüvə obyektlərinə hücumu xatırladaraq, buraxılmış səhvi təkrarlamamağa çağırıb.

"Bilirsiniz, siz obyektləri məhv etdiniz, amma texnologiya bombalana bilməz, qətiyyət də bombalana bilməz", - Əraqçi deyib.

İrandakı iğtişaşlarla bağlı xarici işlər naziri hökumətin "son dərəcə təmkin" göstərdiyini bildirib.

O, iddia edib ki, "İrandakı etirazlar İsrailin rəhbərlik etdiyi terrorçu elementlər tərəfindən ABŞ prezidentini Tehrana qarşı müharibəyə başlamağa təhrik etmək üçün istifadə edilib".

"Bu, İsrailin planı idi. Onlar Amerika Birləşmiş Ştatları Prezidentini bu münaqişəyə cəlb etmək istəyirdilər. Buna görə də ölənlərin sayını artırmağa, adi insanları, polis məmurlarını öldürməyə başladılar", - deyə nazir bildirib.

Əraqçi hazırda hər şeyin sakit olduğunu deyib. "Vəziyyəti tamamilə nəzarətdə saxlayırıq", - deyə o əlavə edib.

Xarici işlər naziri həmçinin qeyd edib ki, İranın "etirazlarla əlaqədar insanları asmaq" planı yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam