Redaktor seçimi
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –
Hövsanda stadion ələ keçirildi, hasarlandı – 
İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -
Günün xəbəri

Binəqədi və Masazır qəsəbələrində yeni su anbarları tikiləcək

 

Binəqədi və Masazır qəsəbələrində yeni su anbarları tikiləcək.

Yenixeber.org xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nında əksini tapıb.

Sənədə əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə 2026−2029-cu illərdə layihə-smeta sənədlərinin hazırlanması və tikinti layihələrinə ekspertiza rəyinin alınması, 4 ədəd su anbarının və 1 ədəd nasos stansiyasının tikinti işlərinə başlanılması və plan üzrə işlərin 50 faizinin icrasını təmin etməlidir.

Nəticədə Binəqədi qəsəbəsində 20 min kubmetrlik su anbarı və nasos stansiyasının tikintisi ilə əhalinin 50 min nəfərə qədər dayanıqlı su ilə təminatı, habelə Masazır qəsəbəsində 20 min kubmetrlik su anbarının istifadəyə verilməsi nəticəsində 15 min nəfər əhalinin su ilə fasiləsiz təminatı həyata keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam