Tramp "Marinera" tankerindən iki Rusiya dənizçisini azad edib
ABŞ Prezidenti Donald Tramp saxlanılan "Marinera" tankerinin heyətinə daxil olan iki Rusiya vətəndaşının azad edilməsi barədə qərar qəbul edib.
Yenixeber.org xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.
Daha əvvəl ABŞ Şimali Atlantikada Böyük Britaniya yaxınlığında "Marinera" neft tankerini nəzarət altına almışdı. Adı "Bella 1"dən "Marinera"ya dəyişilmiş gəmi ötən ay Venesuela sahillərində ABŞ sahil mühafizəsi tərəfindən təqib edilmişdi.
Gəmidə 28 nəfər olub.










AZ
RU