Rusiyanın kütləvi hava hücumu nəticəsində Kiyevdə humanitar böhran yaranıb
Kiyevə yanvarın 9-da Rusiya ordusu tərəfindən edilən kütləvi hava hücumları nəticəsində Ukraynanın paytaxtda ciddi humanitar böhran yaranıb.
Yenixeber.org-un məlumatına görə, zərbələrin ardınca paytaxtın əksər rayonlarında elektrik enerjisi və suyun verilişi dayanıb.
Şəhərdə Dneprin sağ sahil rayonları Şevçenko, Peçerski, Salomen və Qoloseyevdə, sol sahilindəki bütün rayonları hazırda işıqsız və susuzdur.
Bununla yanaşı artıq iki həftədir Ukrayna paytaxtında fasiləsiz qar yağıntısı və mənfi 10 dərəcəyə qədər şaxtalar müşahidə olunur.
Qeyd edək ki, yanvarın 9-da Kiyevə endirilən zərbələr nəticəsində hazırki məlumatlara əsasən 4 nəfər həlak olub, daha 25 nəfər yaralanıb.










AZ
RU