Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Gürcüstan BBC-nin süjetinə görə Britaniyadan üzr tələb edir

 

Böyük Britaniya BBC telekanalının Gürcüstanla bağlı yaydığı yalana görə üzr istəməlidir.

Yenixeber.org xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstan dezinformasiya ilə bağlı Böyük Britaniyanın Kommunikasiyaların Tənzimlənməsi Komissiyasına, lazım gəldikdə isə məhkəməyə müraciət edəcək.

“BBC ictimai yayımçı olduğuna və dövlət tərəfindən maliyyələşdiyinə görə Böyük Britaniya yalan informasiyaya görə üzr istəməlidir. Telekanalın materialı yalana əsaslanan süni qalmaqal yaratmağa cəhd idi”, - Kobaxidze əlavə edib.

Qeyd edək ki, BBC-nin bu yaxınlarda yayımladığı süjetdə 2024-cü ildə Tbilisidə keçirilən aksiyaların dağıdılmasında Birinci Dünya müharibəsi zamanına aid zəhərli kimyəvi maddələrdən istifadə olunduğu iddia edilib. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti materialla bağlı dərhal istintaqa başlayıb və ötən il Tbilisidə etirazçılara qarşı qadağan olunan maddələrdən istifadə edilmədiyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam