Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

"Trump Putin kimi düşünür":Liberal dünya nizamının sonumu gəlir?

ABŞ bayrağı

Son üç il ərzində ABŞ və müttəfiqləri Rusiyanı beynəlxalq hüququ və liberal dünya nizamının əsaslarını pozmaqda ittiham edərək, onu beynəlxalq izqoya çevirməyə çalışırlar. Lakin Donald Trump Moskva ilə münasibətləri bərpa edir və onu işğalçı, Ukraynanı isə təcavüz qurbanı adlandırmaqdan imtina edir. Bu, 1990-cı illərdə yaranmış qlobal nizamın sona çatmaq üzrə olduğu deməkdirmi? - beynəlxalq münasibətlər üzrə ekspertlərdən soruşduq.

                             Liberal hegemonluq dövrü

Yenixeber.org: 2023-cü ilin fevralında Varşavadakı Kral Qalasının qarşısında çıxış edən ABŞ prezidenti Joe Biden Ukraynadakı müharibəni qaydalara əsaslanan nizam və kobud gücə əsaslanan nizam arasında "azadlıq uğrunda böyük döyüş" adlandırıb.

Rusiya Ukraynaya genişmiqyaslı işğala başlayaraq, dünyanın əksər ölkələrinin gözündə təkcə beynəlxalq hüququ pozmayıb. O, ABŞ-ın rəhbərliyi altında dünyada yaranmış başqa bir qaydalar toplusuna meydan oxuyub.

Liberal dünya nizamı ("qaydalara əsaslanan dünya nizamı" - rules-based order - də deyilir) dövlətlər arasında öhdəliklərə, prinsiplərə və normalara əsaslanan münasibətlər sistemidir. Onun əsasını beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatı, onun Baş Assambleyası və Təhlükəsizlik Şurası kimi beynəlxalq təsisatlar təşkil edir.

BMT Nizamnaməsi ölkələr arasında münasibətlərin əsas qaydalarını müəyyən edir: məsələn, suverenliyə və ərazi bütövlüyünə hörmət, münaqişələrin sülh yolu ilə həlli və gücdən istifadə etməmək. Bu həm də insan hüquqlarına hörmət deməkdir. Bu müqavilənin tərəfləri BMT-nin bütün üzvləridir - 193 ölkə.

Lakin liberal dünya nizamı həm də azad ticarət kimi xüsusi dəyərlər toplusu və Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi bir sıra əlavə təsisatlar nəzərdə tutur.

O, həmçinin Qərb liberal demokratiyasının ideal idarəetmə forması olduğu güman edilən ideoloji üstqurumunu nəzərdə tutur.

Bu dünya nizamının inkişafı 1990-cı illərdə, Soyuq Müharibə başa çatdıqdan sonra üç qitədə onlarla ölkə öz iqtisadiyyatlarında bazar islahatları və, ən azı kağız üzərində, demokratik islahatlar həyata keçirməyə başlamasına təsadüf edib.

Onların bir çoxu liberal dəyərlərə yalnız sözlə əməl edirdi. Bununla belə, bir çox inkişaf etməkdə olan ölkələr qlobal bazarlara çıxış sayəsində daha da zənginləşib – ÜDM-i on il ərzində ildə orta hesabla 9% artan Çindən, İrlandiya, Hindistan, Cənubi Koreya, Argentina, Çili və başqa ölkələrə qədər.

Bu dövrə həm də bir çox mürəkkəb və qanlı münaqişələrin – bask separatçıları ilə İspaniya dövləti arasında yarım əsrlik qarşıdurmanın, Şimali İrlandiyada otuz illik münaqişənin, Eritreyada müstəqillik uğrunda otuz illik müharibənin, Livanda on beş illik vətəndaş müharibəsinin və bir sıra digər münaqişələrin başa çatması təsadüf edib. Onların bir çoxu birbaşa və ya dolayısı ilə soyuq müharibə dövründə ABŞ və SSRİ arasındakı qarşıdurma ilə bağlı idi.

Onun sona çatmasından sonra dünyada yalnız bir fövqəldövlət qaldı və o, münaqişələrin tərəfləri arasında vasitəçi kimi çıxış etməyə başladı. Ümumilikdə, 1990-2015-ci illərdə 1100-dən çox sülh müqaviləsi bağlanıb.

Joe Biden aydın prinsiplərə əsaslanan xarici siyasət vəd etmişdi - lakin ikiüzlülükdə ittiham edildi

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Joe Biden aydın prinsiplərə əsaslanan xarici siyasət vəd etmişdi - lakin ikiüzlülükdə ittiham edildi

Beynəlxalq hüququn pozulması BMT Baş Assambleyasının qərarı və ya Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə qeydə alına bilər. Bunun ardınca Təhlükəsizlik Şurasının iqtisadi sanksiyalar tətbiq etmək, hətta hərbi güc tətbiq etmək qərarı verilə bilər.

Amma reallıqda sanksiyalar və hərbi müdaxilələr BMT-nin mandatı olmadan da tətbiq olunur. Bu, Rusiyanın uzun illərdir tənqid etdiyi praktikadır.

2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında çıxış edən Rusiya prezidenti Vladimir Putin demişdi: "Gücdən istifadə yalnız o halda legitim sayıla bilər ki, qərar BMT əsasında və çərçivəsində verilsin. Və Birləşmiş Millətlər Təşkilatını, nə NATO, nə də Avropa İttifaqı ilə əvəz etmək lazım deyil".

Amma 2014-cü ildən Putinin özü BMT-nin sanksiyası olmadan güc tətbiq edir. Və Qərbin nöqteyi-nəzərindən, Rusiyanın Ukraynaya qarşı təcavüzü soyuq müharibə bitdikdən sonra dünya nizamının qaydalarının ən kobud şəkildə pozulması oldu.

"[liberal dünya] nizamının üç əsas prinsipi pozulub. Birincisi, ərazi sərhədlərinin dəyişdirilməsi üçün güc tətbiq edilməməsidir. İkincisi, mülki şəxslərə qarşı zorakılıq müharibə aləti kimi istifadə edilməməlidir. Üçüncüsü, nüvə silahından istifadə etməklə hədələmək olmaz. Putin isə ilk iki bəndi həyata keçirib, üçüncüsü ilə hədələyib. Odur ki, bu, qaydalara əsaslanan nizam üçün əsl böhrandır", - Princeton Universitetinin professoru John Ikenberry Financial Times-a deyib.

Qərbin ittihamlarına cavab olaraq, Rusiya diplomatiyası liberal dünya nizamının tənqidini özünün ən sevimli məşğuliyyəti edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, belə bir nizam beynəlxalq hüququ və BMT təsisatlarından imtina etmək və onların yerinə heç bir müqavilə ilə təsbit edilməmiş özbaşına qaydaların təklif edilməsi deməkdir.

Bir çox ölkələr, o cümlədən NATO tərəfdaşları, ABŞ-ı ikiüzlülükdə və fələstinlilərin taleyinə biganəlikdə ittiham ediblər

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Bir çox ölkələr, o cümlədən NATO tərəfdaşları, ABŞ-ı ikiüzlülükdə və fələstinlilərin taleyinə biganəlikdə ittiham ediblər

Moskva tez-tez 1999-cu ildə Yuqoslaviyanın bombalanması, 2003-cü ildə İraqın işğalı və 2008-ci ildə Kosovonun müstəqilliyinin tanınmasını ABŞ və NATO-nun BMT Təhlükəsizlik Şurasının mandatı olmayan və təşkilatın Nizamnaməsini pozan hərəkətləri kimi xatırladır.

Liberal dünya nizamının əsas müasir sınaqlarından biri ABŞ-ın İsrail və HƏMAS arasındakı münaqişədə mövqeyi olub: bir çox ölkələr Biden administrasiyasını İsrailə hərbi dəstəyə görə kəskin tənqid edib, Vaşinqtonu on minlərlə fələstinlinin ölümünə biganə qalmaqda ittiham ediblər.

NATO ölkəsi olan Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş Washington Post qəzetinə müsahibəsində deyib. - Bu, tamamilə açıq-aşkar riyakarlıq, ikili standartlardır - . "Bu bir növ irqçilikdir – əgər fələstinli qurbanlar ukraynalı qurbanlarla bərabər hesab edilmirsə, bu o deməkdir ki, bəşəriyyət daxilində bir növ iyerarxiya yaranır. Bu qəbuledilməzdir".

Liberal dünya nizamının aparıcı nəzəriyyəçisi professor Ikenberry etiraf edir ki, bu nizam "Birləşmiş Ştatlar, Amerika dolları və Amerika iqtisadiyyatı ilə bağlanıb" və BMT Təhlükəsizlik Şurasından daha çox NATO və Amerikanın rəhbərlik etdiyi digər ittifaqlara yönəlib. O, bütün bunları ABŞ-ın "liberal hegemonluğu" adlandırır.

                 Hegemondan revizionistə qədər

Beynəlxalq münasibətlərin mövcud nizamına yenidən baxmaq istəyən dövlətlər, ənənəvi olaraq, revizionist dövlət adlanırlar. Adətən amerikalı siyasətçilər və ekspertlər Çin və Rusiyanın ABŞ-ın dünya səhnəsində çəkisini azaltmaq istəyini bu şəkildə xarakterizə edirlər.

Revizionist dövlətlərlə rəqabət Trump-ın birinci dövründə qəbul edilmiş əsas sənəddə Amerikanın çiçəklənməsinə əsas təhdidlərdən biri kimi müəyyən edilir.

"Çin və Rusiya öz avtoritar modellərinə uyğun dünya yaratmaq və digər ölkələrin iqtisadi, diplomatik və təhlükəsizlik qərarlarına veto hüququ əldə etmək istəyirlər", – ABŞ Müdafiə Nazirliyinin Milli Təhlükəsizlik Strategiyasında deyilir.

Lakin son aylarda dünya səhnəsində ABŞ əsas revizionistə çevrilib, professor Ikenberry hesab edir. Trump-ın planlarına "liberal dünya nizamının demək olar ki, bütün elementlərini" - ticarət və müttəfiqlərlə əlaqələrdən ta demokratik dövlətlər arasında həmrəyliyə və insan haqlarının müdafiəsinə qədər - yenidən nəzərdən keçirmək daxildir, o, Financial Times-a müsahibəsində bildirib.

"Mənim administrasiyam qətiyyətlə son administrasiyanın xarici siyasətdəki uğursuzluqları və, açığını desək, bütövlükdə keçmişlə əlaqələrin pozmasına gedir", - Trump deyib. Yeni administrasiyanın bir çox digər radikal yeniliklərindən fərqli olaraq, burada Konqres və məhkəmə hakimiyyəti üçün onu dayandırmaq son dərəcə çətin olacaq: xarici siyasət prezidentin səlahiyyətindədir.

Bu yaxınlarda BMT-nin Ukraynadakı müharibə ilə bağlı qətnaməsinə səsvermə zamanı ABŞ Rusiyanın yanında olub

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Bu yaxınlarda BMT-nin Ukraynadakı müharibə ilə bağlı qətnaməsinə səsvermə zamanı ABŞ Rusiyanın yanında olub

Yanvar ayında Dövlət Departamentinin rəhbəri Marсo Rubio liberal dünya düzəninin milli maraqlara əsaslanan xarici siyasəti əvəz edə biləcəyini düşünənləri tənqid atəşinə tutub. "Bu, sadə bir fantaziya deyil, bu, təhlükəli bir yanlış olub", - Rubio Senatda çıxışı zaman deyib.

Trump administrasiyası Rusiya ilə münasibətləri normallaşdırmaq istəyini məhz ABŞ-ın milli maraqlarının məntiqi ilə izah edir. "Bu münaqişənin davam etməsi Rusiya üçün, Ukrayna üçün və Avropa üçün pisdir. Amma ən əsası, bu, Birləşmiş Ştatlar üçün pisdir", - vitse-prezident JD Vance yazır.

Yanvar ayında andiçmə nitqində Trump Amerikanın dünyanın ən qüdrətli dövləti kimi mövqeyini bərpa edəcəyinə, Panama kanalına nəzarəti bərpa edəcəyinə və ABŞ ərazisini genişləndirəcəyinə söz vermişdi.

Lakin hələlik Trump-ın diplomatik inqilabı yeni prezidentin ən az populyar siyasəti olaraq qalır. Bu yaxınlarda Gallup sorğusu göstərdi ki, amerikalılar ən yüksək onun immiqrasiya siyasətini, ən aşağı isə Ukraynadakı müharibə və İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyini qiymətləndirirlər. Eyni zamanda, amerikalıların 65 faizi Ukraynanı ABŞ-ın müttəfiqi və ya dost ölkə hesab edir, 47 faizi isə prezident Volodimir Zelenskiyə müsbət yanaşır.

               Münhen sövələşməsi və ya Yalta Konfransı

"2025-ci ilin fevralında qaydalara əsaslanan qlobal nizamı təhdid edən məhz Birləşmiş Ştatlardır", - Oksford Universitetinin St Antony Kollecindəki Rusiya və Avrasiya Araşdırmaları Mərkəzinin tədqiqatçısı Julie Newton BBC-yə müsahibəsində deyib.

O, Ukraynanın təbii sərvətləri üzərində hüquqların ABŞ-a verilməsi tələblərinə, Rusiya ilə münasibətlərin faktiki normallaşdırılmasına, Trump-ın Zelenskiyə hücumlarına və onun tərəfdaşları tərəfindən Avropada ifrat sağçı partiyaların dəstəklənməsinə işarə edir.

Fevralın 24-də, Rusiyanın Ukraynaya təcavüzünün başlamasının üçüncü ildönümündə ABŞ BMT Baş Assambleyasının Rusiyanın təcavüzünü və Ukrayna ərazisini işğalını pisləyən qətnaməsinin əleyhinə səs verib.

Əvəzində amerikalı diplomatlar "Rusiya Federasiyası ilə Ukrayna arasındakı münaqişə zamanı faciəli insan itkisindən" kədərləndiklərini ifadə edən öz müraciətlərini təqdim ediblər. Trump isə deyib ki, o, Putinlə Vaşinqton və Moskva arasında iqtisadi əlaqələrin bərpasını müzakirə edir.

"Bəziləri üçün bu vəziyyət Münhen sövdələşməsi, bəziləri üçün isə Molotov-Ribbentrop paktı xatırladır. Lakin Trump-ın diplomatik inqilabı Helsinki razılaşmasının prinsiplərini məhv edir və ABŞ-ı öz müttəfiqlərinin gözündə düşmənə çevirir", - Julie Newton deyir.

1975-ci il Helsinki razılaşmaları ABŞ, SSRİ və Avropa dövlətləri arasında ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və bir-birinin daxili işlərinə qarışmama prinsiplərini vurğulayan müqavilələrdir.

Fransa prezidenti Emmanuel Macron Donald Trump-ı Ukrayna və Avropanı Rusiya ilə tək qoymamağa inandırmaq üçün Vaşinqtona səfər edib.

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Fransa prezidenti Emmanuel Macron Donald Trump-ı Ukrayna və Avropanı Rusiya ilə tək qoymamağa inandırmaq üçün Vaşinqtona səfər edib.

"Trump Putin kimi, 19-cu əsr imperialisti kimi düşünür", - ABŞ-ın Johns Hopkins Universitetinin Henry Kissinger adına Qlobal Siyasət Mərkəzinin əməkdar professoru Sergey Radçenko deyir.

Tarixçi baş verənləri 1945-ci ildə İkinci Dünya müharibəsinin qalibləri - SSRİ, ABŞ və Böyük Britaniyanın Avropanı təsir dairələrinə bölmək barədə razılığa gəldiyi Yalta Konfransı ilə müqayisə etməyə üstünlük verir. Lakin xatırladır ki, o dövrdə Avropanın böyük hissəsi xarabalığa çevrilmişdi. Bu gün Avropa dünyanın ən zəngin və iki nüvə dövlətini özündə birləşdirən ölkələr birliyidir.

"Avropanın iqtisadi gücü var və Rusiyaya iqtisadi təzyiq alətlərinə malikdir", - Radçenko BBC ilə söhbətində qeyd edib. - Trump Putinlə dialoqda nə qədər uzağa getsə də, bunun Avropa ölkələri ilə Rusiya arasında münasibətlərin normallaşması ilə müşayiət olunacağını təsəvvür etmək çətindir".

Bununla belə, liberal dünya nizamının sonu haqqında danışmaq tezdir, - Atlantic Council Avrasiya Mərkəzinin direktor müavini Shelby Magid deyir. O xatırladır ki, ABŞ-ın tətbiq etdiyi bütün sanksiyalar qüvvədə qalır və Trump administrasiyasının nümayəndələri yalnız Ukraynada müharibənin bitəcəyi təqdirdə onların ləğvi barədə danışırlar.

"Mən razıyam ki, vaxtından əvvəl və təhlükəli normallaşma riski mövcuddur, lakin indiyə qədər bu baş verməyib, - o deyir. - Nəhayət, dünya nizamına uzunmüddətli təsir bizim ona necə çatacağımızdan daha çox, müharibənin necə bitəcəyi və sülhün necə təmin olunacağı ilə müəyyən ediləcək".(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam