Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Ukrayna Moskvaya çata bilən yeni raketi sınaqdan keçirəcək -FOTO

Ukrayna Moskvaya çata bilən yeni Çexiya raketini sınaqdan keçirəcək
Çexiyanın LPP şirkəti “Narvhal” adlı yeni uzaqmənzilli qanadlı raketinin Ukraynaya verilməsi planlaşdırılır.

Yenixeber.org: Bu barədə “RBK-Ukrayna” “Aktualne”yə istinadən məlumat yayıb.

Məlumata görə, sınaqların son mərhələsi Ukraynada olacaq, raket Rusiya ordusuna qarşı döyüş şəraitində yoxlanılması üçün təhvil veriləcək. İlk döyüş tətbiqinin 2026-cı ilin yanvar–fevral aylarında həyata keçirilməsi planlaşdırılır, mart ayında isə Çexiyada raketin kütləvi istehsala başlanılacaq.

“Defense Express” analitiklərinin qiymətləndirməsinə görə, “Narvhal” hədəfləri 680 km məsafədə vurmaq imkanına malikdir. Bu isə Moskvaya və ya strateji bombardmançı təyyarələrin yerləşdiyi Enqels aviabazasına çata bilmək üçün kifayətdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam