Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Uşaq və yeniyetmələrdə onkoloji müalicə icbari sığorta ilə olacaq

 

Yeni dövrün çağırışlarına uyğun olaraq iqtisadi artımın dayanıqlığı və rəqabət qabiliyyətinin yüksəldilməsi insan kapitalının keyfiyyətindən bilavasitə asılıdır.

Yenixeber.org-un məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında büdcə müzakirəlrəi zamanı Baş nazir Əli Əsədov bildirib.

Baş nazir qeyd edib ki, əhalinin real gəlirlərinin artımı və sosial- rifahının yaxşılaşması üçün 2026-cı ilin dövlət büdcəsində cəmi sosialyönlü xərclər 17,1 mlrd. manat nəzərdə tutulur (xərclərin 41%-i).

“Növbəti ilin dövlət büdcəsində təhsilin və innovativ inkişafın dəstəklənməsi üçün təhsil və elm xərclərinə 5,2 milyard manatdan çox vəsait ayrılacaqdır (xərclərin 12.6%-i). Əhalinin sağlamlığı, keyfiyyətli səhiyyə xidmətləri və dərman vasitələri üçün səhiyyə xərclərinə 2 milyard manatdan çox vəsait nəzərdə tutulur (xərclərin 4.9%-i).

İcbari tibbi sığorta çərçivəsində - 2026-cı ildən ürək-damar, 2028-ci ildən mədə-bağırsaq və 2029-cu ildən etibarən tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi üçün dərman vasitələrinin sığorta ödənişləri həyata keçiriləcəkdir.  Eyni zamanda uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi üçün 2027-ci ildən başlayaraq Xidmətlər zərfinə daxil edilməsi məqsədilə layihə hazırlanır” – nazir qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam