Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir

 

Gürcüstanda aksiyaların keçirilməsi ilə bağlı qaydalar yenidən sərtləşdirilir.

Yenixeber.org xəbər verir ki, bununla bağlı ölkənin “Toplantılar və nümayişlər haqqında” Qanununa və İnzibati Xətalar Məcəlləsinə düzəlişlərin edilməsi nəzərdə tutulub.

Layihəyə əsasən, aksiyalarla bağlı dövlət orqanının əvvəlcədən xəbərdarlıq etmək öhdəliyi müəyyən ediləcək.

Sənəddə bildirilib ki, toplantı və yaxud nümayiş ictimai təhlükəsizliyə və asayişə, müəssisə və təşkilatların normal fəaliyyətinə, nəqliyyat vasitələri və insanların hərəkətinə təhlükə yaradırsa, dövlət orqanı iştirakçıları alternativ məkan, aksiyanın keçirilmə vaxtı və yaxud üsulu barədə təlimatlandırmaq səlahiyyətinə malik olacaq. Bu təlimatın yerinə yetirilməməsi məsuliyyətə səbəb olacaq.

Gürcüstan parlamentində düzəlişlərin sürətləndirilmiş qaydada qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu ilin oktyabrında qonşu ölkədə toplantı və nümayişlərlə bağlı qaydaların pozulmasına görə hüquqi məsuliyyət daha da sərtləşdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam