Bu sərhəddə yenidən qarşıdurma oldu

Pakistan və Əfqanıstan sərhədində yenidən silahlı qarşıdurma baş verib.
Yenixeber.org: Hadisə Çaman sərhəd-keçid məntəqəsinin yaxınlığında qeydə alınıb.
Tərəflər qarşıdurma zamanı artilleriyadan istifadə edib.
Hər iki ölkə bir-birini təxribatda günahlandırıb. İnsident zamanı Pakistantan tərəfdən 4 nəfər yaralanıb.
Xatırladaq ki, bu ilin oktyabrında Pakistan və Əfqanıstan arasında silahlı qarşıdurmalar başlayıb. Elə həmin ay Qətər və Türkiyənin vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəsə nail olunub.(“Dawn”)










AZ
RU