Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Beynəlxalq Türk Akademiyasının prezidenti: Azərbaycan böyük alimləri ilə fəxr etməlidir

 

Azərbaycan böyük alimləri ilə fəxr etməlidir.

Yenixeber.org xəbər verir ki, bunu Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan "Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanın ictimai və intellektual mühitində akademik Yusif Məmmədəliyevin timsalında onlarla, bəlkə də, yüzlərlə dünyaşöhrətli alim yetişir və Azərbaycan xalqı artıq dünyanın elm mərkəzlərindən birinə çevrilir.

"Azərbaycan xalqı elm və tərəqqi yolu ilə irəliləməyə davam edəcək və bu yolda, əlbəttə ki, akademik Yusif Məmmədəliyevin qoyduğu parlaq ideyalar həmişə bizim yolumuzu işıqlandıracaq. Bu yolda, təbii ki, Beynəlxalq Türk Akademiyası həm Azərbaycan elminin, həm də Türk dünyasının, Türk xalqlarının, Türk dövlətlərinin elminin inkişafına öz töhfəsini verməyə hazırdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam