Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Aİ Rusiya qazının idxalından imtina qaydalarını tədricən razılaşdırıb

 

Avropa İttifaqı Şurası Rusiyanın enerji mənbələrindən asılılığın aradan qaldırılması səyləri çərçivəsində 2027-ci ilə qədər Rusiya qazının idxalından tədricən imtina edilməsi ilə bağlı Avropa Parlamenti ilə razılıq əldə edib.

Yenixeber.org xəbər verir ki, bu barədə Aİ-nin bəyanatında deyilir.

"Qərara əsasən, Rusiyadan maye təbii qazın (LNG) və boru kəməri qazının idxalına hüquqi cəhətdən məcburi mərhələli qadağa, 2026-cı ilin sonu və 2027-ci ilin payızından isə tam qadağa tətbiq edilir. Bu, Aİ-də təchizat təhlükəsizliyini qorumaqla, dayanıqlı və müstəqil Aİ enerji bazarının yaradılması kimi əsas məqsədə nail olmağa kömək edəcək", - bəyanatda deyilir.

Qanunvericilər qeyd ediblər ki, Rusiya boru kəməri qazı və LNG idxalına qadağa qaydalar qüvvəyə mindikdən altı həftə sonra hüquqi qüvvəyə malik olacaq, lakin artıq bağlanmış müqavilələr üçün keçid dövrləri nəzərdə tutulub. 17 iyun 2025-ci il tarixinədək imzalanmış qısamüddətli sazişlər üçün məhdudiyyətlər LNG üçün 2026-cı il aprelin 25-dən, boru kəməri qazı üçün isə 2026-cı il iyunun 17-dən tətbiq olunacaq.

LNG tədarükü haqqında uzunmüddətli müqavilələrə gəlincə, qadağa Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin normalarına uyğun olaraq 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Boru kəməri qazının idxalı üzrə uzunmüddətli müqavilələr üçün qadağa qaz anbarlarının doldurulması ilə bağlı hədəf göstəricilərinə nail olunması şərtilə 30 sentyabr 2027-ci il tarixində qüvvəyə minəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam