Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Hikmət Hacıyev: Rəsmi Bakı sanksiyalar məsələsində ayıq-sayıqdır

 

Azərbaycan 2022-ci ildən bəri humanitar yardım, yenidənqurma işlərində iştirak, ukraynalı uşaqların reabilitasiyası da daxil olmaqla, Ukraynaya 40 milyon dollardan çox dəstək göstərib.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə “EU Today"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ukraynalı uşaqların reabilitasiya proqramı davam edir.

Hikmət Hacıyev Azərbaycanın Ukrayna münaqişəsinin hərbi komponentində iştirak etmədiyini və gələcəkdə də etməyəcəyini vurğulayıb.

Hikmət Hacıyev sanksiyalar məsələsində rəsmi Bakının ayıq-sayıq olduğunu bildirib və Azərbaycanın Rusiyaya sanksiyalardan yayınmağa kömək etməsi ilə bağlı iddiaları təkzib edib.

Hikmət Hacıyev əlavə edib ki, Azərbaycan və Rusiya arasında ticarət həcmi də 2022-ci ildən bəri ciddi şəkildə artmayıb.

Hikmət Hacıyev Ermənistanın Rusiya ilə ticarət həcminin artmasına diqqət çəkib və bu ticarətin yeni sənayə məhsullarına əsaslanmadığını və “yenidən ixrac edilmə” olduğunu vurğulayıb.

“Ermənistan “Mercedes” və ya “Apple” istehsal etmək qabiliyyətində deyil”, - Prezidentin köməkçisi qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam