Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

“Sülh planı” müzakirə ediləcək -ABŞ-da

Ukrayna nümayəndə heyəti bu gün ABŞ-a gedir, “sülh planı” müzakirə ediləcək
Ukrayna nümayəndə heyəti bu gün ABŞ-a gedərək “sülh planı”nı müzakirə edəcək.

Yenixeber.org: Bu barədə Politico ortalı məlumat yayıb.

Məlumata görə, bu gün Ukraynanın milli təhlükəsizlik və müdafiə şurasının katibi Rustem Umerovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti ABŞ-a yollanacaq və orada Amerika həmkarları ilə Ukraynada müharibənin dayandırılması üçün təklif olunan “sülh planı”nı müzakirə edəcək.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski dünən bildirib ki, nümayəndə heyətinə Umerov rəhbərlik edəcək. Bu, onun Ukraynanın Qərb müttəfiqləri ilə əsas əlaqələndirici sayılan baş müşaviri Andrey Yermakı vəzifədən azad etməsindən sonra baş verib.

Politiconun yazdığına görə, Zelenski danışıqlar aparan heyət qarşısında aydın bir vəzifə qoyub — müharibənin dayandırılması üçün lazım olan addımları operativ və konkret şəkildə işləyib hazırlamaq.

Bu tapşırığın icrası üçün Ukraynalı rəsmilər Floridada ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerlə görüşəcəklər.

Ukrayna nümayəndə heyətində Umerovla yanaşı, Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov da olacaq.

Danışıqlarda həmçinin Cenevrədə keçirilmiş görüşün nəticələri müzakirə ediləcək və razılaşdırılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam