Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hədəf Krımdır, yoxsa ordudakı “yağlı tikə” - Alekseyin əvəzinə Rustem

         Müharibənin yeni mərhələyə daxil olması proqnozu ilə korrupsiya qalmaqalı arasında...

Yenixeber.org: Ukrayna Prezidenti Volodimir Zelenski Aleksey Reznikovun müdafiə naziri vəzifəsindən azad edildiyini açıqlayıb. Dövlət başçısının sözlərinə görə, Müdafiə Nazirliyinə Rustem Umerov rəhbərlik etməlidir və o, artıq parlament tərəfindən təsdiqlənib.

Müdafiə naziri Rustem Umerovun əvvəllər ölkənin Dövlət Əmlak Fondunun rəhbəri vəzifəsini tutduğu, Ali Radanın “Qolos” fraksiyasından deputatı, Krım Tatar Məclisinin fəal iştirakçısı olduğu məlum olub. Ukraynalı antikorrupsiyaçılar arasında da müsbət reputasiyası var. Qalmaqallara qarışmayan, əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlarda iştirak edən, çox müsbət bir insan kimi xarakterizə olunur.

Bununla belə, hərbi idarənin nazirinin dəyişməsi aktiv döyüş əməliyyatları, Ukrayna qoşunlarının davam edən əks-hücumları fonunda baş verir. Bu an nə üçün lazım idi? Nazir Reznikov məhz nəyə görə uzaqlaşdırılıb? Hərbi komissarlıq sistemində korrupsiyadan söhbət gedirdi, yoxsa başqa səbəb var? Onun varisi Umerovdan nə gözlənilir? Krım tatarının belə bir vəzifəyə təyin olunması Moskvaya onun Krımı azad etmək əzminə işarədirmi?

Suallarımızı ukraynalı ekspertlər cavablandırıblar.

“Penta” Siyasi Araşdırmalar Mərkəzinin direktoru Volodimir Fesenko:

“Ukrayna Müdafiə Nazirliyi hərbi əməliyyatların idarə olunmasına təsir göstərmir. Hərbi əməliyyatlara Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi nəzarət edir. Ukrayna Müdafiə Nazirliyi büdcənin planlaşdırılmasına, hərbi idarə üçün dövlət satınalınmasına, müdafiə məsələləri üzrə siyasi nümayəndəliyə və hərbi sektora siyasi (mülki) nəzarətə cavabdehdir.

Ukraynanın müdafiə naziri ancaq mülki şəxs ola bilər. Hətta Poroşenkonun prezidentliyi dövründə biz (Avroatlantik inteqrasiya prosesinin bir hissəsi kimi) Müdafiə Nazirliyinin siyasi funksiyaları ilə hərbi komandanlıq - Ukrayna Silahlı Qüvvələri və Baş Qərargahın funksiyalarını bir-birindən ayıran islahat keçirdik.

Ukrayna müdafiə nazirinin istefası xəbərləri ilin əvvəlində, hərbçilər üçün ərzaq alış qiymətlərinin külli miqdarda həddən artıq şişirdilməsi ilə bağlı korrupsiya qalmaqalı yarananda yayılmışdı. Bundan sonra müdafiə nazirinin müavinini və Müdafiə Nazirliyinin dövlət satınalmaları üzrə idarə rəisini işdən çıxarıb, saxlayıblar. İndi bu adamlar həbsdədir.

Eyni zamanda, müdafiə nazirinin dəyişdirilməsi planı da yaranıb. Hərbi kəşfiyyatın rəhbəri Kirill Budanovun müdafiə naziri olacağı planlaşdırılırdı. Amma hərbi sahədən getmək istəmədiyi üçün bundan imtina etdi. Nəticədə Reznikov müdafiə naziri vəzifəsində qaldı.

Hərbi komissarlarla korrupsiyanın Müdafiə Nazirliyi ilə əlaqəsi yoxdur. Hərbi xidmətə çağırış və səfərbərlik prosessinə cəlb olunan hərbi komissarlar Müdafiə Nazirliyinə deyil, Silahlı Qüvvələrin rəhbərliyinə tabedirlər.

Lakin yayda yeni qalmaqal yaranıb - Türkiyədən hərbçilər üçün alınan gödəkçələrin baha qiyməti ilə bağlı. Bu vəziyyət ötən il baş verib. Və buna hazırda həbsdə olan keçmiş Müdafiə Nazirliyinin idarə rəisləri də qarışıb. Lakin bu yeni qalmaqal yenidən müdafiə naziri Aleksey Reznikovun reputasiyasına zərbə vurub. Onun nazirlikdə baş verən sui-istifadə hallarında əli olmadığı görünür, lakin bu qanun pozuntularına görə siyasi məsuliyyət daşıyır.

Eyni zamanda, iyul ayında Aleksey Reznikov “Ramştayn platforması”nda təmaslarda çox yaxşı danışıqçı olduğunu sübut etdiyi üçün Reznikovu Böyük Britaniyaya səfir göndərmək planı ortaya çıxdı. Lakin nazir postuna yeni namizəd axtarışları avqustun sonuna qədər uzanıb.

Müdafiə naziri ilk növbədə adıçəkilən korrupsiya qalmaqalları ilə əlaqədar nazirlik ətrafında yaranmış həddindən artıq münaqişə gərginliyini aradan qaldırmaq üçün dəyişdirilir. Yeni nazirin əsas vəzifəsi nazirlik vasitəsilə dövlət satınalmalarında nizam-intizam yaratmaqdır. Həmçinin Reznikovun “Ramştayn platforması”nda Ukraynaya silah tədarükü sahəsində uğurlu işini davam etdirmək lazımdır.

Umerov yaxşı danışıq aparan olduğunu sübut etdi. O, “Taxıl Sazişi”nin hazırlanmasında, əsirlərin mübadiləsinə dair danışıqlarda, eləcə də qeyri-Qərb ölkələrindən Ukraynaya silah alınmasında iştirak edib. Umerov Ukraynanın müsəlman ölkələri, xüsusən də Türkiyə ilə əsas danışıqçılarından biri hesab olunur.

O, Səudiyyə Ərəbistanında da danışıqlarda iştirak edib. Onun ABŞ-da təcrübəsi var. Dövlət Əmlak Fondunun rəhbəri kimi idarəsində korrupsiyaya qarşı mübarizə bacarığını nümayiş etdirib. Ümumiyyətlə, onun yaxşı siyasi reputasiyası var.

Umerov Ukraynadakı Krım tatar icmasının liderlərindən biridir. Ona görə də onun müdafiə naziri vəzifəsinə təyin olunması da Krımın Ukraynaya qaytarılmasının Kiyev üçün əsas prioritetlərdən biri olaraq qaldığını təsdiqləyir”.

“Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin Təhlükəsizlik Departamentinin rəhbəri Qleb Parfyonov:

“Əslində, bu, daha çox daxili mübarizəyə bənzəyir, burada korrupsiya ittihamları sadəcə bəhanə və üsuldur. Niyə ittihamlar? Çünki strukturun günahı tam sübuta yetirilməyib, məhkəmə olmayıb. Belə ki, yumurta alqı-satqısı ilə bağlı məlum qalmaqalın saxta olduğu üzə çıxıb, çünki nəticədə qeyd olunan qiymətə alış olmayıb, bazar qiymətinə bərabər və ya ondan aşağı qiymətə alınıb. Qış gödəkçəsi qalmaqalı ilə eynidir.

Ona görə də söhbət daha çox müəyyən qrupların belə mühüm sahəyə nəzarət uğrunda daxili mübarizəsindən gedir. Burada təkcə nazirin özünün fiquru deyil, müavinlərin kim olacağı da önəmlidir. Hazırda ən məhsuldarlar istefa verib və onların yerini kimin tutacağı məlum deyil.

Bəli, Umerovun Krım tatarı olması və Ərdoğanla şəxsən ünsiyyət qurmaq imkanının olması təbii ki, hərbi-siyasi əməkdaşlığa da öz təsirini göstərəcək. Ona görə də ruslar hansısa yolla əməkdaşlığa mane olmaq ümidi ilə Umerovun guya ki, Gülənçi keçmişi ilə bağlı təbliğat aparırlar. Qalanını zaman göstərəcək, mühakimə etmək hələ tezdir, çünki ona təsirli bir etibar krediti veriblər”.(AYNA)

Rauf Orucov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam