Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Oğlumu sifarişlə həbs ediblər”

eldar-sogluEldar Sabiroğlu: “Suallarıma cavab tapacaq bir ünvanın qapısını açıq görmürəm”

Xeberinfo.com:   YAP-ın məşhur simalarından biri, keçmiş deputat və Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri, Heydər Əliyev dövrünün alovlu hakimiyyət təmsilçilərindən olmuş Eldar Sabiroğlu övladı Rüfət Səfərovun həbsi ilə bağlı “Azadlıq” qəzetinə bir yazı göndərib. Xatırladaq ki, Rüfət Səfərov Zərdab Prokurorluğunda müstəntiq vəzifəsindən siyasi bəyanatla istefa verib və sonrakı günlərdə də ölkədəki haqsızlıqlar barədə çıxışlar edib. Bu addımından dərhal sonra baş prokuror onun prokurorluq orqanlarından xaric edilməsi haqda əmr imzalayıb, fəaliyyətini araşdırmaq üçün Zərdab Prokurorluğuna komissiya göndərilib. Nəhayət, yanvarın 15-də Rüfət Səfərovun barəsində rüşvət alma maddəsilə cinayət işinin açıldığı elan olunub və elə həmin gün o, həbs edilib. Binəqədi məhkəməsinin qərarı ilə onun barəsində istintaq dövrü üçün 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib.

Eldar Sabiroğlunun redaksiyamıza ögndərdiyi yazını təqdim edirik:

Oğlum Rüfəti qeyri-rəsmi söhbət adı ilə Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə Baş İdarəsinə dəvət edərək dindirməyə başlamışlar. Təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilən Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri secilərək AR.CM-in 311-ci maddəsi ilə mühakimə olunmuşdur. Beləliklə, oğlum Binəqədi rayon Məhkəməsinin 7 dəqiqəlik qəraraı ilə azadlıqdan məhrum olunmuşdur. Məhkəmə onu 4 aylıq həbslə Nərimanov rayon müvəqqəti saxlama təcridxanasına yerləşdirmişdir. Bir valideyn kimi narahatlıq keçirsəm də, baş idarənin və rayon məhkəməsinin gəldiyi qərara müdaxilə etməyi, onu kölkə altına salmağı hələlik yolverilməz hesab edirəm. İstintaq prossesini izləyərək gəldiyim nətiçələr haqda daha konkret açıqlamalarla çıxış edəcəyimə yəqin ki, imkan olacaq.

Lakin bir məsələni diqqətə çatdırmağı vacib sayıram. Rüşvət alma maddəsi ilə təqsirli bilinən Rüfət Səfərov barədə bəzi hüquq pozuntularına elə ilkin prossesdən start verilmişdir. Mən buna çox təəccüb edirəm. Necə ola bilər ki, rüşvətlə ittiham olunan şəxsə qarşı hər hansı bir cinayət faktı sübuta yetirilmədiyi, daha dəqiq desəm, əldə hansısa maddi dəlil olmadığı halda tələsik qərar qəbul olunur. Bu göstərir ki, Rüfətlə bağlı həbs qətimkan tədbiri sifariş əsasında həyata keçirilmişdir. Zərərcəkmiş şəxslər dindirilmədən və hər hansı üzləşmə aparılmadan hüquq orqanının belə sərt addım atması həqiqətən meydana müəyyən suallar çıxarır. Əslində sifarişin açıq-aşkar verildiyi göz önündə dayandığından nə korrupsiya üzrə baş idarədə, nə də bizim məhkəmə orqanlarında günah görmürəm. Bu fikirləri söyləyərkən aşağıdakı əsaslara söykənirəm:

Birincisi, oğlum Rüfət işlədiyi müddətdə rüşvət almışdırsa həmin “zərərcəkmişlər” bu günədək harada idilər, yaxud rayon prokuroru bunu bildiyi halda nəyə görə yuxarı orqan qarşısında məsələ qaldırmamışdır?

İkincisi, hüquq pozuntularına “yol verən” Rüfət Səfərovu Baş Prokurorun nümunəvi xidməti fəaliyyətə görə fəxri mükafata layiq görməsini necə başa düşək?

Üçüncüsü və hesab edirəm ki, diqqətdən qaçmayan daha ciddi uyğunsuzluq Baş prokurorun Rüfəti vəzifədən azad etmə əmri ilə bağlıdır. Artıq buna qədər onun kirayənişin yaşadığı mənzildə məhkəmə qərarı olmadan axtarışın aparılması, əsassız olaraq ona məxsus əmlakın götürülməsi sübut edir ki, elə başlanğıcdan iş hüququn hüdudlarından kənara cıxaraq sifariş əsasında icra edilmişdir?

Dördüncüsü, heç bir dəlil-fakt meydana cıxarılmadan, Rüfətin bəyanatı köklü şəkildə araşdırılmadan və onu bu ümumi narazılıq əhvalına gətirən səbəblər öyrənilmədən tələm-tələsik prokurorluq orqanından xaric edilməsi haqda məlum qərar da olduqca mübahisəli və qaranlıq görünür. Aydınlıq xatirinə qısaca izahım belədir ki, əmrin özünü oxuyarkən movcud hüququ ziddiyyətlərin necə baş verdiyinə şahid ola bilərsiniz.

Nəhayət, ritorik bir sual: Birdən N saylı başqa rayon prokurorluğunda oxşar hadisə baş verərsə, müstəntiq hər hansı motivə söykənərək bir bəyanatla vəzifəsindən istefa verərsə, onun üzünə dayanacaq zərərcəkmiş şəxslər tapılıb qoyulmadan yenəmi eyni qaydada korrupsiya əlamətlərinə əsaslanıb həbs qərarını asanlıqla qəbul etməyi özünüzə rəva görərsiniz?! Ağır işdir.

Təəssüf ki, suallarıma cavab tapacaq bir ünvanın qapısını açıq görmürəm. Gənc bir insanın həyatı bax belə puç olur… Mənim qisasımı övladımdan aldılar. Amma mən kimsənin balasına pis gün arzulamıram.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam