Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Rüfət Səfərovun ev dustaqlığının müddəti üç ay artırılıb

rufet-seferov1

Binəqədi Rayon Məhkəməsində hazırda ev dustaqlığında olan sabiq müstəntiq Rüfət Səfərovun barəsində açılmış cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb.

Xeberinfo.com:  Bu barədə “Report”a R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.
Onun sözlərinə görə, özü və R.Səfərov vəsatətə etiraz etməyib.
Məhkəmə istintaq müddətinin 3 ay müddətində artırılması barədə qərar qəbul edib.

***

Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovla bağlı başlanmış cinayət işinin istintaq müddəti uzadılır.
APA-nın məlumatına görə, bu barədə R. Səfərov özü məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Baş Prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Rəşad Bəşirov R. Səfərovu bu gün Binəqədi Rayon Məhkəməsinə dəvət edib: “İstintaqdan dörd ay keçdiyi üçün yenidən ibtidai istintaqın müddətini uzadırlar”.
Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəzlənməsi istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Məhkəmənin qərarına əsasən, R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam