Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Putinin bu iddialar TƏKZİB EDİLDİ...

Ukrayna Putinin bu iddiasını TƏKZİB ETDİ

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin Kupyanskın ələ keçirilməsi ilə bağlı yaydığı məlumatları təkzib edib.

Yenixeber.org: Qərargahın teleqram kanalında verilən açıqlamada şəhərin tam olaraq Ukrayna müdafiə qüvvələrinin nəzarətində olduğu bildirilir.

Məlumata görə, Kupyansk və ətraf ərazilərdə diversiya qruplarına qarşı xüsusi əməliyyatlar davam edir:

“Kupyansk Ukraynanın müdafiə qüvvələrinin nəzarətindədir. Şəhərdə və onun ətrafında rusiyalı diversiya qruplarının aşkarlanması və zərərsizləşdirilməsi məqsədilə kontr-diversiya tədbirləri həyata keçirilir”, - məlumatda qeyd olunur.

Baş Qərargah Yampol istiqamətində də oxşar vəziyyətin olduğunu bildirir. Həmin ərazidə Ukrayna hərbçiləri “axtarış-zərbə əməliyyatları” aparır.

Ukrayna tərəfi həmçinin Rusiyanın Volçanskun 80%-nin, Pokrovskun isə 70%-nin ələ keçirilməsi ilə bağlı iddialarının doğru olmadığını açıqlayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Kupyanskın nəzarətə götürüldüyünü bildirir. Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun bu barədə məlumatı komanda məntəqələrindən birinə səfəri zamanı prezident Vladimir Putinə verdiyi açıqlamada ifadə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam