Redaktor seçimi
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
Günün xəbəri

Prezidentlərin, rəsmilərin öldüyü müəmmalı təyyarə qəzaları-Əksəriyyətində Moskvanın adı çəkilir...

Məlum olduğu kimi ötən gecə “Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin müəmmalı təyyarə qəzasında ölüb. Rusiyada və dünyada heç kim onun bir sui-qəsdə, terrora qurban getdiyindən şübhə etmir. Əksər ekspertlər təyyarənin ya partladıldığını, ya da hava hücumundan müdafiə sistemi ilə vurulduğunu ehtimal edir.

Yenixeber.org: Lakin bu da məlumdur ki, Priqojin müəmmalı təyyarə qəzasına uğrayan yeganə məşhur deyil. Bu günə qədər bir çox rəsmilər, hətta prezidentlər müəmmalı şəkildə təyyarə qəzasında həlak olub.
Musavat.com onlardan bir neçəsini təqdim edir.
10 aprel 2010-cu il. Polşa prezidenti Lex Kaçinski, onun xanımı və Polşanın xeyli dövlət xadimi Tu-154 təyyarəsinin qəzaya uğraması ilə həlak olur. Lex Kaçinski Smolensk vilayətinin Xatın kəndində 1940-cı ilin yazında güllələnən polşalı zabitlərin anım tədbirlərində iştirak etməli idi. Bu günə qədər də prezidentin ölümünün Moskvanın hədəfi olduğunu deyənlər var. Hətta Polşanın mədəniyyət nazirinin müavini Yaroslav Selina “Polşa radiosu”na açıqlamasında Tu-154M təyyarəsinin havada partladıldığını, Polşa hökumətinin bununla bağlı təkzibedilməz sübutlar əldə etdiyini demişdi: “Tu-154M təyyarəsinin uçuş zamanı partladıldığı sübut edilib. Təyyarə havada dağılmağa başlayıb”, – nazir müavini deyib. Smolensk vilayət administrasiyasından bildiriblər ki, qəzaya səbəb pis hava şəraiti olub. Varşava isə Moskvanı sənədləri gizlətməkdə və saxtalaşdırmaqda ittiham edib. Təyyarə qəzası baş verdikdən sonra internetdə bir video yayıldı. Bu videoda təyyarənin qalıqları arasında gəzişən üç nəfər silahlı şəxsin sağ qalan və kömək istəyən insanları güllələdiyi göstərilir. Polşanın hərbi prokuroru deyib ki, Rusiyanın Smolensk şəhəri yaxınlığında baş verən qəzadan bir neçə dəqiqə sonra mobil telefonla çəkilən və qəza yerində gəzən üç siluet, silah və gülüş səsləri, təyyarədən çölə çıxan bir adamın və nəhayət, pilotun qışqıraraq yardım istəməsi ilə bağlı yayılan görüntüləri həqiqidir. Bu video hadisə yerinə çatan ilk şahid tərəfindən çəkilib və bu zaman hadisə yerində nə təcili yardım, nə də xilasedicilər olub. Ləngidilmiş kadrlarda sağ qalan bir nəfərin əlini yuxarı qaldırması görünür və bunun sağ qalan pilot olduğu ehtimal edilir. Daha sonra, videoda bir neçə dəfə atəş səsləri və həyəcan siqnalı eşidilir. Birinci atəş səsindən sonra naməlum 3 nəfərin gülüş səsləri və sonuncu atəş səslərindən sonra isə rus dilində deyilən aşağıdakı sözlər aydın eşidilir: "Vse nazad, uxodim" (Hamı geriyə, gedirik). Bu naməlum üç nəfərin kim olduqları məlum deyil. Polşanı şoka salan həmin görüntüləri mobil telefonla çəkən Rusiya vətəndaşı Andrey Mendiereyin bunları internetdə yerləşdirməsindən sonra bel nahiyəsindən bıçaqlandığı və daha sonra xəstəxanada onun qoşulduğu süni nəfəs aparatının söndürüldüyü bildirilir. Qəza ilə bağlı aparılan cinayət işində şahid qismində ifadə vermiş sonuncu şəxs isə 2012-ci ilin noyabr ayında özünü asaraq intihar edib.
43 yaşlı pilot Remiqiuş Musyanın cəsədi yaşadığı mənzildə aşkar edilib. Maraqlıdır ki, Rusiya təyyarənin qalıqlarını indiyə kimi Polşaya verməyib. Rusiyanın müstəqil jurnalisti Aleksandr Sotnik bunun heç də təəccüblü olmadığını bildirir. “Putin qəzaya uğrayan təyyarənin qalıqlarını polyaklara verməyə hazırlaşmır. Hər şey məntiqlidir”, - jurnalist “Facebook” səhifəsində yazıb.
2014-cü ilin oktyabr ayının 21-də gecə, yerli vaxtla saat 23-də Vnukovo Hava Limanında baş verən təyyarə qəzası nəticəsində Fransanın “Total” neft şirkətinin baş direktoru Kristof de Marjeri faciəli şəkildə dünyasını dəyişdi. Qəzaya səbəb kimi isə pis hava şəraitinin olması göstərilir. Qəzaya səbəb olan qartəmizləyən maşının sürücüsünün sərxoş olduğu barədə Rusiya mətbuatında müxtəlif məlumatlar gedib. Lakin Marjerinin öldürülməsinin arxasında Moskva dayandığı haqda çox sayda iddialar var. Bildirilir ki, “Total” korporasiyası baş direktoru Marjerinin sırf bir təsadüf və ya hava limanı işçilərinin məsuliyyətsizliyi üzündən aviaqəza nəticəsində faciəli şəkildə ölməsini düşünmək sadəlövhlük olardı. Çünki Marjeridən əvvəl də həmin hava limanında çoxsaylı uçuşlar həyata keçirilmişdi və onların heç biri qartəmizləyən maşınla toqquşmamışdı. Ona görə də əksər beynəlxalq ekspertlər tərəfindən Marjerinin öncədən hazırlanmış hansısa ssenari əsasında aradan götürülməsi barədə çoxsaylı ehtimallar irəli sürülüb. Rusiyadan olan bəzi “ekspertlər” və mətbu orqanlar da öz növbələrində baş verən qəzada “xarici iz” axtarırlar. Məsələn, Rusiyanın “Poltrussia.com” internet jurnalı yazır: “Şübhəsiz ki, Marjeri öldürülüb. Onun öldürülməsinə səbəb isə “Total” baş direktorunun Rusiya ilə dost olması olub. Marjeri neft alış-satışında dollardan imtina edilməsi və digər valyutalardan istifadə təşəbbüsü ilə çıxış etmişdi. Amerikalılar dərhal onun bu təklifinin əleyhinə çıxmış və Marjeriyə etiraz etmişdilər. Marjeri isə qətiyyətlə demişdi ki, neftin yalnız dollarla alınıb-satılması üçün səbəb yoxdur. O buna görə cəzalandırılacağını bilirdi. Ancaq həyatı bahasına belə riskə getdi”.
Amma bu da məlumdur ki, Marjeri dəfələrlə Rusiya Pjrezidenti Vladimir Putinlə görüşmüşdü və onların arasında olduqca səmimi münasibət vardı. Digər tərəfdən də, Marjeri əsl avropalı idi. O həmişə qeyd edirdi ki, Avropa öz maraqlarını ABŞ-a qurban verməsin. Lakin Rusiyanın Krımı işğal edərək Ukraynanın cənub-şərqində separatçı rejimi dəstəkləməsindən sonra Marjerinin Moskvaya münasibətində tərəddüdlər əmələ gəlmişdi. O, bununla belə Rusiyanın bu səhv addımını düzəldəcəyinə inanmaq istəyirdi və Rusiyanın simasında Avropa üçün yeni təhlükə əmələ gəlməsindən narahat olduğunu gizlətmirdi.
1961-ci ildə BMT-nin baş katibi isveçli Daq Haamerşold Konqoya uçarkən təyyarə qəzaya uğrayıb. Onunla birlikdə BMT-nın əməkdaşları və Konqo hökümət nümayəndələri də həlak olub.

1969-cu ildə Boliviyanın prezidenti Rene Baryentos Otrunyo təyyarə qəzasında ölüb. Qəzanın təşkil olunduğu bildirilir.

1971-ci ildə Monqolustan səmasında baş verən təyyarə qəzası Çin rəhbəri Mao Tzedunun ehtimal olunan xələfinin həyatına son qoyur.

1981-ci ildə Panamanın rəhbəri general Omar Torrixos müəmmalı təyyarə qəzasında həlak olur.

1983-cü ildə Ekvadorun prezidenti Xayme Roldos Aqilera təfsilatı hələ də qaranlıq qalan təyyarə qəzasında həlak olur.

1986-cı ildə Mozambikin prezidenti Samora Maşel öz ölkəsinə qayıdarkən təyyarə qəzasında həlak olur. Onunla birlikdə Tu-134 təyyarəsində Mozambikin bir sıra nazirləri də ölür. Qəzanın səbəbləri hələ də araşdırılmayıb.

1988-ci ildə Pakistanın prezidenti Ziya Ül-Həqq Məhəmməd qəzaya uğrayan “Herkules C-130” hərbi təyyarəsində həlak olur.

1994-cü ildə Böyük Afrika Gölləri üzərində yaraqlı dəstələrin vurub yerə saldığı təyyarədə eyni vaxtda iki ölkənin prezidenti həlak olur. Burundinin prezidenti Kiprien Natriama və Ruandanın prezidenti Juvenal Habyarimana uçduğu təyyarənin Tutsi qəbiləsinə məxsus üsyançılar tərəfindən atəşə tutulduğu xəbər verilirdi.

2001-ci ildə Çad respublikasının paytaxtı Ndjamenda yaxınlığında Çad rəsmilərnin uçduğu təyyarə qəzaya uğrayır. Həlak olanlar arasında bir nazir və prezident administrasyisaının rəhbəri də olur.

2001-ci ildə Sudanın hərbi rəhbərliyi təyyarə qəzasında həlak olur.

2004-cü ildə Makedoniyanın prezidenti Boris Traykovski təyyarə qəzasında həlak olur.(musavat)

Xalidə Gəray


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam