“Milliön” “MİLSİZ” olub -rusca “danışır”

Elə dünən idi, Prezident dövlət dilinin saflığından, tətbiqindən danışırdı. Nə fərqi var, hansı tribunadan. AMEA olsun, ya BMT, əsas odur ki, dövlətin başçısı danışıb.
Yenixeber.org: Bəs “MİLLİÖN” terminalları niyə dövlət başçısının danışdığı dildə “danışmır? Niyə “milsiz” olub ruscaya keçib? Ekran görüntüləri ruscadır, yəqin bir azdan qəbzlər də rusca yazılacaq? Bu “milsizliyin” xırda şey olduğunu düşünənlər yanılırlar. Bu çox böyük yanlışdır. Yazdıq ki, dilimizin rusca olmadığını “rusbaşlar” qansın, milli dil tətbiq edilsin. Hər yerdə!
Məğrur Bədəlsoy









AZ
RU