Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Evakuasiya xidmətindən narazılıqlar:Büdcəyə daxil olan ödənişlər niyə azdır?

Evakuasiya xidmətindən narazılıqlar:

 

Evakuasiya xidmətindən narazılıqlar: Büdcəyə daxil olan ödənişlər niyə azdır?

 

Yenixeber.org: “Lider” TV-də yayımlanan “Status” verilişində Bakıda fəaliyyət göstərən evakuatorlarla bağlı tənqidi sujet müzakirələrə səbəb olub. Belə ki, verilişdə qonaq evakuatorlardan yığılan pulların büdcəyə heç bir xeyir vermədiyini bildirib. 

Bakı Şəhər Yol Polisi İdarəsi mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Əsədovun iştirak etdiyi verilişdə qonaq, aparıcı Teymur Əliyev bildirib ki, Hesablama Palatasının məlumatlarına əsasən, evakuator xidmətinin fəaliyyəti nəticəsində 2015-cı ildə ölkənin büdcəsinə cəmi 42 080 manat vəsait daxil olub.

Bu məbləğ yalnız 2100 avtomobil sahibinin ödədikləridir. Halbuki Bakıda bir il ərzində evakuatorla aparılan avtomobillərin sayı on və yüz minlərlə hesablanır. Qonaqlar soruşublar ki, həmin avtomobil sahiblərinin ödədiyi cərimələr hara gedir? Məsələ ondadır ki, evakuator xidməti üçün tələb olunan 20 manat cəriməni nağdsız formada ödəmək mümkün deyil.

Verilişin digər qonağı, Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə suallara belə cavab verib:

“Mən də Dövlət Yol Polisi olaraq hesab edirəm ki, evakuator avtomobilləri ləğv edilməlidir: Amma əgər vətəndaş özünü haqlı sayaraq iki saatdan artıq yolun hərəkət hissəsində avtomobilini saxlayır və “cəriməsini ödəyərəm” fikri ilə məsələyə yanaşırsa, deməli, hələ də evakuator xidməti ləğv edilə bilməz”.

Qeyd edək ki, inzibati xətalar məcəlləsinin 346-cı maddəsinə görə, dayanma və durma qaydalarının pozulması 20 AZN, nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 AZN, avtomobil evakuasiya olunursa. əlavə olaraq 20 AZN-lə cərimələnir.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, təkcə Bakı şəhərində gün ərzində bəzən yüzlərlə avtomobil dayanma-durma qaydaları pozduğu üçün cərimə meydançasına aparılır:

“Evakuator xidmətinin fəaliyyəti nəticəsində 2016-cı ildə ölkə büdcəsinə cəmi 42 080 manat vəsait daxil olması tamamilə məntiqsizdir. Bütün ödənişlər online qaydada, yaxud, banklar vasitəsilə olsaydı, vəsaitin hara getdiyini bilmək olardı. İndi belə çıxır ki, nağd şəkildə ödənilən vəsaitin böyük məbləği büdcəyə daxil olmur. Bunun nəticəsində evakuasiya xidmətinə görə ödənilən məbləğin büdcəyə daxil olmasını vətəndaş izləyə bilmir. Vətəndaşın nəzarətindən kənar olduğu üçün evakuasiya xidmətindən yığılan pullara məsul olan qurum, yaxud şəxs çox asanlıqla o pulu mənimsəyə bilər. Məntiqlə evakuasiya xidmətinə görə cərimələrin banklara ödənilməsi və ya online ödənişlər daha məntiqlidir. Belə yanaşma olsaydı, bu sahədə mənimsəmə və korrupsiya hallarına yer qalmazdı”.

Evakuasiya xidməti qiymətindən danışan ekspert bildirib ki, bunun iqtisadi əsası yoxdur: 

“Şəhərin istənilən yerindən cərimə meydançasına aparma məsafəsindən, yəni uzaqlığından asılı olmayaraq, 20 manat xidmət haqqı tutulur. Beynəlxalq təcrübədə dayanma-durma qaydalarını pozduqlarına görə evakuasiya xidmətlərini özəl şirkətlər həyata keçirir. Nəticədə rəqabətli mühitdə ödənişlərin məbləği azalır. Bizdə isə dayanma-durmaya görə tətbiq edilən evakuasiya xidməti DYP-yə məxsusdur. Başqa şirkətlərin evakuasiya xidmətləri aparmasına imkan verilmir. Buna görə də istədikləri qiyməti tətbiq edirlər”. 

N. Cəfərovun sözlərinə görə, təhlükəsizlik baxımından evakuasiya xidmətinə ehtiyac var:

“Lakin bunu kütləvi qazanc mənbəyinə çevirmək düzgün deyil”.

Məsələnin hüquqi tərəfindən danışan yol-nəqliyyatı üzrə ekspert Ərşad Hüseynov bildirib ki, bu sahədə boşluq var:

“Əgər dayanma-durma qaydalarını pozan sürücü öz avtomobilini küçədə qoyub gedibsə, üstəlik, həmin avtomobil tıxac yaranmasına səbəb olursa, yaxud hərəkətin digər iştirakçılarına mane olursa, belə halda həmin nəqliyyat vasitəsi evakuasiya olumalıdır. Digər hallarda isə, sadəcə, evakuasiya xidmətindən istifadə etmədən cərimə tətbiq etmək olar”.

Ərşad Hüseynovun sözlərinə görə, beynəlxalq təcrübəyə əsasən, dəqiq meyarlar olmalıdır ki, avtomobil evakuasiya olunsun: 

“Hamının paralel dayandığı yerdə bu köndələn dayanır, tıxaca səbəb olursa, səkidə dayanıb piyadaların hərəkətinə mane olursa, ikinci cərgədə durub digər hərəkət iştirakçıların mane olursa, darvazanın qarşısında durubsa, yaxud yolu bağlayırsa və s. Dəqiq meyarlar olmalıdır ki, avtomobil evakuasiya olunsun. Mübahisə yarananda DYP əməkdaşı konkret səbəb göstərib məsələni qısa zamanda həll edə bilər”. 

Ekspertin sözlərinə görə, bu sahədə norma tətbiq edilsə, evakuasiya xidmətlərinin sayı xeyli azalacaq:

“Sürücülərin intizam səviyyəsi indiki səviyyədə qalsa, meyarlar dəqiqləşsə, təbii ki, azala bilər.”

Sonda qeyd edək ki, Hesablama Palatasının 2016-cı ildə fəaliyyəti haqqında hesabatda nəqliyyat vasitələrinin təxliyyə avtomobilləri (evakuator) vasitəsilə duracaqlara gətirilməsindən daxil olan vəsaitin 2014-cü ildə 47900,0 manat, 2015-ci ildə 42080,0 manat təşkil etməklə
5820,0 manat və ya 12,2% azaldığı göstərilib. Nəzərə alsaq ki, 2015-ci ildə ölkədə avtomobil nəqliyyatı vasitələrinin sayı 2,4% artıb və 1 yanvar 2016-cı il üçün Bakıda 728,7 min avtomobil qeydiyyata alınıb (paytaxtda cəmi 586,1 min özəl minik avtomobili var), üstəlik, DYP sürücülərin qaydaları pozmasından daim şikayətlənir, cərimələrdən daxilolmalar çoxalmalı idi ki, nəinki azalmalı.  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam