Lavrov ABŞ-la Ukrayna üzrə danışıqların bəzi təfərrüatlarını açıqlayıb
Moskva və Vaşinqton Kiyevin hərəkətlərini, o cümlədən kanonik Ukrayna Pravoslav Kilsəsinə qadağanı müzakirə edib.
Yenixeber.org xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna böhranı ilə bağlı keçirilən dəyirmi masada bildirib.
Lavrov Ukrayna hakimiyyətinin ABŞ-ın münaqişənin həlli kursunu pozmağa çalışdığını və Qərb ölkələrinin bu yanaşmanın həyata keçirilməsinə mane olduğunu qeyd edib.
Lavrov həmçinin BMT-ni Kiyevə mahiyyətcə haqq qazandırmaqda və onun hərəkətlərinə göz yummaqda da ittiham edib.