Redaktor seçimi
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
Günün xəbəri

“Medera Hospital” cərimələnə bilər -SƏBƏB

media-tibb

Ölkənin tanınmış özəl klinikalarından olan “Medera Hospital” tibb təhsili olmayan şəxsləri işə götürdüyü üçün cərimələnə bilər.

media-cerr

Yenixeber.org: Aparılan yoxlama zamanı sözügedən klinikanın İnzibati Xərtalar Məcəlləsinin sanitariya-gigiyena və sanitariya-epidemioloji sağlamlıq qaydaları əleyhinə olan 215.4-cü maddəsini pozduğu məlum olub. Belə ki, tələbi pozulan maddəyə əsasən, ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

“Medera Hospital”la bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İşə 11 sentyabr tarixində hakim Aynurə Sadıqovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, cərimələnməsi gözlənilən “Medera Hospital”ın direktoru radioloq İbrahim Əliyevdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam