Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Donald Tramp Ağ Evin rəmzi açarını İlham Əliyevə təqdim etdi-FOTO

 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Ağ Evin rəmzi açarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edib.
Yenixeber.org xəbər verir ki, bu, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladıqdan sonra söhbət əsnasında baş verib.
Prezident Donald Tramp: Mənim Sizin üçün hədiyyəm var. İcazə verin, onu təqdim edim. Zənnimcə, bəyənəcəksiniz.
Prezident İlham Əliyev: Mənim 9 nəvəm var, icazə versəniz, hamısını götürərdim.
Prezident Donald Tramp: Sizin 9 nəvəniz var? Mənə əlavə sikkə verin. Siz gözəl danışıq aparırsınız. Bu sikkələr hamının xoşuna gəlir. Dünyanın ən gözəl sikkəsidir. Bəlkə də dünyanın ən bahalı sikkəsidir. Heyət üzvləri yaxınlaşın və şəkilinizi də çəksinlər.
Sonda Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edən Prezident Donald Tramp dedi: Sizə daha bir hədiyyəm var. Bu Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam