Redaktor seçimi
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Günün xəbəri

Özbəkistan Prezidenti: Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir

 

Bu gün Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir, ticarət, nəqliyyat, “yaşıl enerji” sahəsində layihələr həyata keçirilir.

Yenixeber.org xəbər verir ki, bunu Prezident Şavkat Mirziyoyev Türkmənistanda Mərkəzi Asiya dövlət başçılarının 7-ci Məşvərət görüşünün hazırlanması və keçirilməsi məsələlərinə həsr olunmuş xüsusi tədbirdə bildirib.

İştirakçılar Daşkənddə keçiriləcək Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşünə hazırlıq məsələlərini müzakirə ediblər. Bundan əlavə, ilin sonunadək parlamentlərarası forum, müdafiə, ticarət və nəqliyyat nazirlərinin görüşləri, həmçinin mədəni-humanitar tədbirlər gözlənilir.

Ş.Mirziyoyevin sözlərinə görə, Özbəkistan siyasi dialoq, iqtisadi əməkdaşlıq və regional qarşılıqlı fəaliyyət sahəsində, o cümlədən su ehtiyatları, enerji və iqlim məsələlərində yeni təşəbbüslər təklif etməyə hazırdır.

Qeyd edək ki, tədbirdə, həmçinin Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev, Azərbaycanın Baş naziri Əli Əsədov, eləcə də rəsmi nümayəndə heyətlərinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam