Redaktor seçimi
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Günün xəbəri

Bu ilin ilk altı ayında 166 aptekdə yoxlama aparılıb, 43-də nöqsan aşkarlanıb

 

Bu ilin yanvar - iyun ayları ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi 166 aptekdə yoxlama keçirib.

Yenixeber.org: Yoxlanılan apteklərdən 43-də nöqsanlar aşkarlanıb.

2025-ci ilin birinci yarımilində apteklərdə keçirilən yoxlamalardan 76-sı Bakıda, 90-ı isə respublikanın digər şəhər və rayonlarında baş tutub.

Sözügedən dövr ərzində 20 aptekdə plandan kənar, 4-ündə isə yoxlamadan kənar yoxlamalar aparılıb. Apteklərin 159-da isə planlı yoxlamalar həyata keçirilib (bəzi apteklərdə həm plandan kənar, həm də planlı yoxlamalar keçirilib - red.).

Qeyd edək ki, bu ilin birinci yarımilində ən çox apteklərin yoxlanıldığı dövr 2025-ci ilin aprel ayı olub. Belə ki, Bakı şəhəri üzrə 13, respublikanın digər şəhər və rayonlarında isə 45 aptek olmaqla ümumilikdə 58 aptek təftiş olunub. Yoxlamalar zamanı 20 aptekdə nöqsanlar aşkarlanıb.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam