Redaktor seçimi
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Günün xəbəri

Azərbaycan İordaniya ilə şəhərsalma sahəsində tərəfdaşlığı müzakirə edib- FOTOLAR

 

Azərbaycan və İordaniya arasında şəhərsalma sahəsində tərəfdaşlıq məsələləri müzakirə edilib.

Yenixeber.org xəbər verir ki, müzakirələr qurumun sədri Anar Quliyevlə İordaniyanın ölkəmizdəki səfiri Ömər Bərəkət əl-Nahar ilə görüşündə baş tutub.

Görüş zamanı ölkələrimizin şəhərsalma, tikinti və məskunlaşma sahələrindəki potensial imkanlarına dair geniş fikir mübadiləsi aparılıb, aidiyyəti qurumlar arasında əlaqələrin qurulmasının vacibliyinə diqqət çəkilib. Həmçinin hazırda Bakıda və digər regionlarda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə müasir və insanyönümlü şəhərsalma standartlarına uyğun layihələrin uğurla həyata keçirildiyi qeyd edilib.

Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri səfir tərəfindən yüksək qiymətləndirilib, burada insanların doğma torpaqlarına qayıdışı ilə yanaşı, onların rahat və təhlükəsiz yaşayışı üçün geniş imkanların yaradıldığı xüsusi vurğulanıb. Komitə sədri həmçinin İordaniyanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı qəbul edilmiş “Dayanıqlı və Sağlam Şəhərlər üçün Çoxsektorlu Fəaliyyət Yolları” Bəyannaməsinin İordaniya tərəfindən dəstəklənməsinə görə təşəkkürünü bildirib.

Sonda A.Quliyev İordaniya tərəfini 3-cü Azərbaycan Milli Şəhərsalma Forumuna, eləcə də gələn il 17-22 may tarixlərində Bakının ev sahibliyi edəcəyi 13-cü Ümumdünya Şəhərsalma Forumuna dəvət edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam