Redaktor seçimi
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Günün xəbəri

Saziş imzalandı... -FOTO

Azərbaycanın iştirak etdiyi konsorsium Özbəkistan Hökuməti ilə saziş imzalayıb
SOCAR və “Uzbekneftegaz” Konsorsiumu ilə Özbəkistan Hökuməti arasında “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi imzalanıb.

Yenixeber.org: SOCAR-ın yaydığı məlumata görə, 24 iyul 2025-ci il tarixində Daşkənddə SOCAR-ın prezidenti Rövşən Nəcəf, Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamahmudov və “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov arasında görüş keçirilib.

Görüşdə SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub. Bu xüsusda, “Üstyurt” investisiya bloklarının (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişin imzalanmasının əhəmiyyəti qeyd edilib. Şirkətlər arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Daha sonra SOCAR və “Uzbekneftegaz” Konsorsiumu ilə Özbəkistan Respublikasının Hökuməti arasında Özbəkistandakı “Üstyurt” investisiya bloklarının (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi imzalanıb.

Saziş müddətinin ilkin mərhələsində perspektivli sahələrin təyin olunması məqsədilə geoloji-kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Bu müddət ərzində SOCAR operator olaraq fəaliyyət göstərəcək. Sənədə əsasən, axtarış-kəşfiyyat işlərinin və ən azı bir kəşfiyyat quyusunun qazılmasının ilkin olaraq 5 il müddətində yekunlaşdırılması planlaşdırılır.

Sazişin imzalanması enerji sahəsində strateji əməkdaşlıq üçün yeni imkanlar açır və hər iki tərəf üçün fayda gətirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam