Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Son altı ayda 300-ə yaxın müəllifin əsəri qeydiyyatdan keçirilib

 

Bu ilin altı ayı ərzində 289 müəllifin 391 əsəri qeydiyyatdan keçirilib.

Yenixeber.org xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyində jurnalistlərlə görüşdə məlumat verilib.

Qeyd edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 133 əsər çoxdur.

Bundan başqa, ixtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsinə dair Agentliyə 200 iddia sənədi (2024-cü ilin müvafiq hesabat dövründə 142 iddia senadi), o cümlədən ixtiraya aid 142 (2024-cü ilin müvafiq hesabat dövründə 104), faydalı modelə aid 27 (2024-cü ilin müvafiq hesabat dövründə 22), sənaye nümunəsinə aid 31 (2024-cü ilin müvafiq hesabat dövründə 16) iddia sənədi daxil olub.

Patentlərin alınması ilə bağlı daxil olmuş iddia sənədlərinin sayı (ixtira fəallığı) 2024-cü ilin müvafiq hesabat dövrü ilə müqayisədə ixtiralar üzrə 36,5%, faydalı modellər üzrə 22,7%, sənaye nümunələri üzrə ise 93,8% artıb.

Həmçinin bildirilib ki, bu ilin birinci yarısında Dövlət Reyestrində 127 patent, o cümlədən ixtiralara dair 81, faydalı modelə aid 34 və sənaye nümunələrinə aid 12 patent qeydiyyata alınıb.

Patent fəallığı 2024-cü ilin müvafiq hesabat dövrü ilə müqayisədə 33,7% artıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam