Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniya ilə bağlı hesabat hazırlayıb

 

Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniya ilə bağlı hesabat hazırlayıb.

Yenixeber.org-un məlumatına görə, BTQ əməkdaşlıq etdiyi xarici tədqiqatçılarla birlikdə Yeni Kaledoniya ilə bağlı yeni araşdırma hazırlayıb. “Yeni Kaledoniya: Kalonial Miras, Öz müqəddəratını təyin etmək uğrunda mübarizə və 2024-cü ilin böhranı” adlı tədqiqat işində Yeni Kaledoniyada 2024-cü ilin may iğtişaşları, onları doğuran səbəblər, proseslərin gedişi, eləcə də kanak xalqına qarşı repressiyalar və bu xüsusda beynəlxalq təpki və mübarizənin nəticələri araşdırılıb.

Qeyd olunub ki, 2025-ci ilin mart-iyun aylarinda yazilan tədqiqat hadisələrin xronologiyasını, zorakılıq və dağıntıların miqyasını, Fransa hüquq-mühafizə orqanlarının törətdiyi vəhşilikləri, eləcə də region və regionda maraqları olan ölkələrinin, eyni zamanda BMT-nin reaksiyasını əhatə edir: "Tədqiqat kanak xalqının etirazlarının kökündə kolonial idarəetmənin durduğunu göstərir, əsarət altında yaşayan xalqların fundamental hüquqları ilə bağlı ciddi çatışmamazlıqları təhlil edir.

Bu araşdırmadan həm yerli spesifikliyi, həm də daha geniş siyasi konteksti əks etdirən bir neçə əsas nəticə çıxır. Belə ki, Yeni Kaledoniyadakı 2024-cü il böhranı göstərdi ki, Fransanın ərazi üzərində nəzarəti güc və inzibati üsullarla — yerli xalqın öz müqəddəratını təyinetmə hüququna hörmət etmədən qorumaq cəhdləri münaqişəni daha da ağırlaşdırır. Həmçinin, metropoliyanın repressiya, fövqəladə vəziyyət və həbslər şəklində cavabı dialoqa hazır olmadığını və müstəmləkə reflekslərinin hələ də güclü olduğunu göstərdi. Araşdırma Kaledoniyanın statusu məsələsin Fransanın daxili işi olmadığını beynəlxalq hüquq baxımından təhlil edir və ədalətə əsaslanan nizamlanma olmadan davamlı sülhün mümkün olmayacağı qənaətinə gəlir.

İyulun 12-də Fransa və Yeni Kaledoniya arasında imzalanan saziş adıçəkilən araşdırmanın nəticələrinin dəqiq proqnozlaşdırıldığını sübut edir: Adanın statusuna dair qərarı kanak xalqı verməli və mərhələli şəkildə Yeni Kaledoniya tam müstəqil olmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam