Ukraynanın itkiləri artır -SİYAHI
Rusiya müharibənin 1238-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 69 593 PUA-sı, 618 zenit-raket kompleksi, 24 220 tank və digər zirehli texnikası, 1 577 reaktiv yaylım atəş sistemi, 27 394 artilleriya və minaatanı, 38 192 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.