Karapetyan “siyasi qüvvə” yaratmaq niyyətində olduğunu bəyan edib
Ermənistanda həbs edilmiş iş adamı Samvel Karapetyan "siyasi qüvvə" yaratmaq niyyətində olduğunu bəyan edib.
Yenixeber.org xəbər verir ki, bunu sahibkarın mətbuat xidmətinin əməkdaşları bildiriblər.
"Biz prinsipial olaraq yeni siyasi qüvvə yaradırıq", - KİV onun sözlərini təqdim edib.