Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Vilyam Hacıyev sahibkarın “anasını ağladıb”: icra başçısının yalan məktubları


Xeberinfo.com: Redaksiyamızın elektron poçtuna "Gül.-Gün." müəssisəsinin sahibi - Niyazov Niyaz Novruz oğlunun şikayət məktubu daxil olub. Müəllif bu dəfəki müraciətində İmişli rayon icra hakimiyyətinin başçısı Hacıyev Vilyam Faxralı oğlu tərəfindən qarşılaşdığı haqsızlıqdan bəhs edir.  İctimai əhəmiyyətini nəzərə alıb, yazını xırda ixtisarla dərc edirik:

 

       "Gül.-Gün." sahibkar müəssisəsinin BÖYÜK PROBLEMİlə dərindən məşğul olub MÜSBƏT NƏTİCƏ əldə edə biləcək qüvvə tapa bilmirəm. Hörmətli ölkə başçımız hər çıxışında deyir ki,sahibkarlığa, sahibkarların bütün problemlərinin həllinə köməklik edir.Təəssüflər olsun ki, neçə illərdir "Gül.-Gün."sahibkar müəssisəsinin probleminin ƏDALƏTLİ həlli üçün heç bir köməklik ala bilməmişəm. İnanmaq istərdim ki,"Gül.-Gün."sahibkar müəssisəsinin tikililərinin məcburi sökdürüldüyü üçün dövlətdən gərəkli KOMPENSASİYANI ala bilməyim məsələsində hörmətli ILHAM ƏLİYEV cənabları aidiyyatı rəhbər işçilərə öz göstərişini əsirgəməyəcəkdir!!!
     

Vilyam Hacıyev sahibkarın “anasını ağladıb”: icra başçısının yalan məktubları

Salam,hörmətli redaksiya.Tez-tez DÖVLƏT MƏMURLARININ sahibkarların,biznes adamlarının, sıravi Azərbaycan vətəndaşlarının başına gətirdikləri hadisələrlə bağlı məlumatları çap edirsiniz. Sizin belə məqalələri işıqlandırmağınız sıravi vətəndaşları az da olsa qane edir. Düzdür, hamı anlayır ki, əvvəllər olduğu kimi yazılan faktlar doğru olarsa belə, həmin dövlət məmurunu dərhal tutduğu vəzifədən uzaqlaşdırmayacaqlar.Amma buna baxmayaraq məqalə DƏRC olunanda az da olsa ZƏRƏRÇƏKƏNLƏR təsəlli tapırlar.
 Vilyam Hacıyev sahibkarın “anasını ağladıb”: icra başçısının yalan məktubları    

Elə məmur var ki, onun barəsində bəlkə də 100-lərlə faktlarların təsdiqi olan şikayət məktubları internet qəzetlərində-saytlarında dərc olunub,ancaq bunlara baxmayaraq həmin günahkar dövlət məmurlarının heç veclərinə də deyil. Əlbəttə, gün gələcək ki, həmin dövlət məmurları öz cəzalarını alacaqlar, ancaq həmin dövlət məmurları ZİYANÇƏKƏNLƏRİN çəkdikləri mənəvi və maddi sıxıntıları-çətinlikləri bərpa edə bilməyəcəklər. Külli mizdaqda sahibkarlara olmazın ziyanları vuran dövlət məmurları öz vəzifələrində yenə də çalışırlar, hələ əvvəlkindən də çox vətəndaşları, biznes və sahibkar əhlini incidir, onların başına olmazın oyunları açırlar. Buna baxmayaraq baş vermiş ədalətsizlikləri heç olmasa internet qəzetləri işıqlandırsalar, bəlkə həmin dövlət məmurları özlərinə yığışarlar deyə insanlar bir az sakitlik tapırlar. Məmurlar nahaqdan təkcə bir neçə sahibkarı,vətəndaşı incitsələr,nə varki?
     

Vilyam Hacıyev sahibkarın “anasını ağladıb”: icra başçısının yalan məktubları
Vilyam Hacıyev sahibkarın “anasını ağladıb”: icra başçısının yalan məktubları

Həmin "GÖZƏL DÖVLƏT MƏMURLARI"ndan biri də hal-hazırda İmişli rayonunun İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan VİLYAM HACIYEVdir. İmişli RİHB-ı Vilyam Hacıyev Xanlar rayon İHB-sı vəzifəsində çalışarkən "Gül.-Gün."sahibkar müəssisəsinin sahibkarının başına gətirdikləri barədə bütün Azərbaycan xalqına məlum olsun deyə,bu ŞİKAYƏT MƏKTUBunu sizə yazıram. İndi yazacaqlarım sizin dərc olunandan sonra nəinki sizlərə,hətta bütün dünyaya məlum olacaq ki,VİLYAM HACIYEV Xanlar (indi-Göygöl)rayonu İHB-sı vəzifəsində çalışarkən YALAN MƏZMUNLU MƏKTUB yazmaqla "Gül.-Gün."sahibkar müəssisəsinin fəaliyyətinin dondurulmasına-deaktivləşməsinə çox asanca nail oldu. İndi isə bu ədalətsiz, nahaq görülən işin necə baş verdiyini sizlərə anlatmaq istəyirəm.
Vilyam Hacıyev sahibkarın “anasını ağladıb”: icra başçısının yalan məktubları
Vilyam Hacıyev sahibkarın “anasını ağladıb”: icra başçısının yalan məktubları     

Hörmətli Azərbaycan xalqının nümayəndələri,hamınıza məlum olsun ki, HACIYEV VİLYAM FAXRALI  oğlu əvvəllər Gəncə hava limanında bizlərin tabeliyində çalışarkən mənim ona heç bir pisliyim keçməyib.Onunla insani münasibətimiz tam normal olub. Nədənsə,Gəncə hava limanından uzaqlaşandan sonra İHB-sı vəzifəsinə sahib olan kimi mənim sahibkarı olduğum "Gül.-Gün." sahibkar müəssisəsinə düşmən kəsildi. Əlində heç bir əsası olmadan YALAN MƏZMUNLU MƏKTUB yazıb yuxarılara yolladı. Onun yazdığı  YALAN MƏZMUNLU MƏKTUB  hüquqi cəhətdən tam qanunsuzdur. Mənim sənədlərimin hamısı tam qaydasındadır. VİLYAM HACIYEV  və bir neçə digər DÖVLƏT MƏMURLARI  20 ilə yaxındır ki, həmin vəzifələrdə çalışırlar. Mən isə YALAN MƏZMUNLU MƏKTUB əsasında tam müflisləşmişəm. Ailəmin maddi durumu hal-hazırda ən kritik həddə çatıb. Bütün bu çətinliklərə baxmayaraq,hələ də birtəhər nəfəs ala bilirik. Güman edirəm ki,yaxın vaxtlarda dövlətdən hal-hazırki dövrün tələblərinə uyğun olaraq  "Gül.Gün." sahibkar müəssisəsinə aid olan KOMPENSASİYANI  alacağam və sahibkar müəssisəmin fəaliyyətinə START verəcəyəm. Nəhayət, haqsızlığa son qoyulacaq və  ədalət qalib gələcəkdir!!! Indi isə baş verənlərin hamısı ilə tanış olun.
     


Vilyam Hacıyev sahibkarın “anasını ağladıb”: icra başçısının yalan məktubları

 Mən,Niyazov Niyaz Novruz oğlu 1992-ci ilin noyabr ayında "Gül.-Gün."sahibkar müəssisəsini qurmağa başladım və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdim.1993-cü ildə müəssisənin ictimai-iaşə və s.obyektlərinin tikinti işlərini həyata keçirməkdən ötrü Gəncə aeroportunun lap yaxınlığında olan Xanlar rayon Bağmanlar sovxozunun ərazisindən 1.5 ha Xanlar rayon İHB-sının sərəncamı və Xanlar rayon XDS-nin qərarı ilə torpaq sahəsi götürdüm.Tez bir vaxt ərzində həmin ərazidə müəssisənin tikinti işlərini başlatdım.Tikintinin xeyli hissəsini həyata keçirmişdim. Davam etdirməkdən ötrü pul gözlədiyimiz bir vaxtda Gəncə aerovağzal kompleksinin yenidən tikintisi məsələsi gündəmə gəldi. Müəssisəmin ərazisi bütövlüklə yeni tikilməkdə olan Gəncə aerovağzal kompleksinin ərazisinə düşdüyü üçün sənədlərimi hazırlayıb dövlətdən KOMPENSASİYAMI almaq qərarına gəldim.Bu da mümkün olmadı. Elə həmin vaxt Xanlar rayon İHB-sı HACIYEV VİLYAM FAXRALI oğlu YALAN MƏZMUNLU MƏKTUB yazaraq Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Prezidenti  CAHANGİR ƏSGƏROVA yolladı. Məktubunda qeyd etmişdi ki,guya 1.5 ha torpaq sahəsində tikinti işləri aparmaq üçün İHBnın  sərəncamı  olmayıb. Nəzərinizə çatdırım ki,VİLYAM HACIYEV  bunu yazmazdan əvvəl mənimlə heç bir söhbət belə aparmamışdı. Mən bu işlə əlaqədar olaraq onun qəbulunda olub soruşanda ki,niyə belə qansızlıq edirsən. VİLYAM HACIYEV sakit baxışlarla üzümə baxıb mənə anlatmağa çalışdı ki,belə olmalıdır. Onun bu məktubu əsasında Azərbaycan Hava Yollarının Rəhbərliyi mənə cavab yolladı ki, GUYA sənədlərim qaydasında olmadığı üçün  KOMPENSASİYA ala bilmərəm. Əslində bu məsələylə əlaqədar olaraq Azərbaycan Hava Yolları Rəhbərliyi mənimlə görüşməli idi. Ona görə ki,  KOMPENSASİYA ala bilməməyimdən tam narazı idim.Narazılıq olan işi bir məktubla həll etmirlər. KOMPENSASİYA ala bilmədiyim mənə məlum olanda bu barədə Azərbaycan Prezidenti ILHAM ƏLİYEV cənablarına şikayət məktubu yazıb poçla yolladım. Əfsuslar olsun ki, həmin məktubun RƏDD cavabını Prezident Aparatından yox,CAHANGİR ƏSGƏROVDAN aldım. Mən belə anladım ki,Prezident Aparatının Məktublar Şöbəsi deyəsən mənim şikayət məktubumu heç Ölkə Başçımıza göstərməmişdilər.Gəncə Hava Limanının direktoru tikililəri tez yığışdırmasan bulduzerlə basdırılacaqdır dediyi gün elə bil iy bilirlər kimi Gəncənin bu işlə məşğul olan bir neçə qrup insanlardan ibarət olan firmaları hava limanında gözləyirdilər.Vəziyyətdən belə anlamaq olur ki,həmin qruplara bu işlər barədə bəribaşdan məlumat vermişdilər deyə onların hamısı həmin an Gəncə aerovağzalının qarşı tərəfindəki ağaclıqda olan çayxanada oturub gözləyirdilər.
  KOMPENSASİYA almaq üçün RƏDD cavabını alandan sonra o zaman külli miqdarda pul xərclədiyim müəssisəmin tikililərini DƏYƏR_DƏYMƏZİNƏ  (qəpik-quruşa) satmağa məcbur qaldım.Ona görə ki,Gəncə Hava Limanının Direktoru dirənmişdi ki,obyekti təcili yığışdırmalısan. CAHANGİR ƏSGƏROV deyir ki,yoxsa bulduzerin ağzına veriləcəkdir.Mənim müəssisəmin tikililərinin belə hallara düşməsində BİRBAŞA GÜNAHKAR olan VİLYAM HACIYEV  və onun havadarlarını ALLAH bundan da pis hallara qoysun,inşaallah !!!
     Bu uzun illər ərzində mən tamamilə müflisləşdim.BİRBAŞA VİLYAM HACIYEVİN GÜNAHI  ucbatından "Gül.-Gün."sahibkar müəssisəmin fəaliyyəti deaktivləşməli oldu.
     Bizim dövlət məmurları sahibkarın başına belə oyunlar gətirirlər və heç of da demirlər.Elə bil ki,belə də olmalıdır.Onların xətirlərinə də indiyə kimi heç kim dəyməyib.Vəzifə sahibi olanda gözləri ayaqlarının altını seçmir.Düşünürəm ki,bu hal insan bədbəxtçiliyidir.Mənim müəssisəmin fəaliyyətinin deaktivləşməsinin BİRBAŞA SƏBƏBKARI  VİLYAM HACIYEV və havadarları hələ də vəzifə başındadırlar deyə fəaliyyətə başlamaq qeyri-mümkündür. Hətta fəaliyyətə başlamaq üçün pul götürməyə belə tam maneçilik törətdirirlər.Vilyam Hacıyev sifarişi(onun o vaxt mənə verdiyi cavabdan elə anlamışdım)vaxtında və dəqiq yerinə yetirdi.Elə ona görə hələ də vəzifə başındadır.Daha doğrusu həmin insanlar ona maneçilik törətmədilər. Sifarişçiləri mən tanımıram,ancaq Vilyam Hacıyev yəqin ki,dəqiq bilir. Elə düşünürəm ki,ALLAH belə məmurların gərəkli paylarını verəcək və sahibkarlar da öz  fəaliyyətlərinə başlayacaqlar.Inşaallah !!!
      Mən tam müflisləşdim deyə ailəmin maddi durumu lap kritik həddə çatmışdı. Qidalanma bir tərəfdən, ailə üzvlərimin xəstə olmasını o biri tərəfdən məni möhkəmçə sıxırdı. Həyat yoldaşımın bir neçə xəstəliyi olduğundan onu tez-tez müalicə etdirməliydim. Bu minvalla kredit götürməkdən ötrü mən Atabankın Gəncə filialına üz tutdum.2015-ci ildə Atabankdan 1500 ABŞ dolları miqdarında kredit götürməli oldum. Çox keçmədi ki,pul devalvasiyaya uğradı deyə mənim ailəmin maddi durumu ən kritik həddə çatdı.Siz təsəvvürünüzə gətirin ki,1992-ci ilin noyabr ayında Azərbaycanda sahibkarlıqla məşğul olmağa   İLK başlayanlardan biri olan sahibkar Niyazov Niyaz Novruz oğlu "bir neçə dövlət məmurları"nın günahları ucbatından necə ağır həyat tərzi keçirməklə qarşı-qarşıya qalıb. Ata bankın pulunu da vaxtında ödəyə bilmədiyimçün böyük narahatçılıq yaranıb..
Hörmətli Azərbaycan vətəndaşları,bütün dünya Azərbaycan Türkləri,görürsünüz ki,bir neçə DÖVLƏT MƏMURUnun günahları ucbatından  Azərbaycan sahibkarı olan NİYAZOV NİYAZ NOVRUZ oğlu hansı zülmlü yaşamla üzbəüz qalıb və ailəsinə bir tikə çörəyi tapa bilmir.
Həmin məmurların bəziləri 20 ildir,bəziləri isə 20 ilə yaxındır ki,VƏZİFƏ başındadırlar. Düşünürəm ki,Ölkə Başçımız mən sahibkarın başına gətirilənlərin araşdırılmasını istəyəcək və bu barədə aidiyyəti təşkilatlara öz göstərişini əsirgəməyəcəkdir.
*Hörmətli redaksiya işçilərinin mənə əlavə sualları olarsa,cavab verməyə hazıram. Günün bütün saatlarında mənimlə əlaqə yaratmaq imkanına maliksiniz.    
*Rica edirəm, jurnalist mövqeyinizdən, savadınızdan istifadə edərək elə bir vəziyyət yaradın ki,YALAN MƏZMUNLU MƏKTUB əsasında mənə ödənilməyən KOMPENSASIYA pulumu ala bilməkdən ötrü azacıq da olsa irəliləyişə nail ola bilim.   
*Bu məsələdə əsas günahkar hal-hazırda İmişli RİHB-sı vəzifəsində çalışan VİLYAM HACIYEVDİR(bir vaxtlar işçimiz olub).    
Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.

Vilyam Hacıyev sahibkarın “anasını ağladıb”: icra başçısının yalan məktubları


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam