Pezeşkian da Xankəndiyə gəlir
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.
Yenixeber.org: O, səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində təşkil olunacaq 17-ci Zirvə görüşündə iştirak edəcək.
İyulun 3-4-də keçiriləcək sammitə digər ölkələrin dövlət və hökumət başçıları da qatılacaqlar.