Redaktor seçimi
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –
Hövsanda stadion ələ keçirildi, hasarlandı – 
İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -
Günün xəbəri

Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib -FOTOLAR

İran Prezidenti Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Bibiheybət məscidini ziyarət edib.

Yenixeber.org: Ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qarşıladılar.

İran Prezidentinə Bibiheybət məscidi haqqında məlumat verilərək bildirilib ki, Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsi olan bu məscid XIII əsrdə Mahmud ibn Səd tərəfindən yeddinci imam Musa əl-Kazımın qızı Həkimə xanımın məzarı üzərində tikilib. Məhəmməd (s) peyğəmbərin nəslindən olduğuna görə Həkimə xanımın məzarı yerləşən bu məkan məscid tikilməzdən əvvəl də müqəddəs sayılırdı. Məscidin tikilməsi ilə bura insanların ziyarətgahına və ibadətgahına çevrilib.

Qeyd olunub ki, məscid keçmiş SSRİ ərazisində dinə qarşı mübarizə zamanı 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılmışdı. Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ölkədə məscidlərin bərpasına başlanıldı. Məscidin dağıdıldığı yerdə yenidən tikilməsi Ulu Öndər Heydər Əliyevin, kompleks şəklinə salınması işləri isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məscidin Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğu xüsusi qeyd edilib.

İran Prezidenti Həkimə xanımın ziyarətgahına baş çəkdi, fəxri qonaqlar üçün ziyarət kitabına ürək sözlərini yazdı.

Çay süfrəsi arxasında səmimi söhbət edən İran Prezidenti Məsud Pezeşkian və şeyxülislam Allahşükür Paşazadə bir-birilərinə xatirə hədiyyələri təqdim etdilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam